Mobil versiya
Ötən gün 115 cinayət faktı qeydə alınıb
Tarix: 27-12-2018 | Saat: 11:17
Bölmə:Cəmiyyət | çapa göndər

Ötən gün 115 cinayət faktı qeydə alınıb


Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 115 cinayət faktı qeydə alınıb, onların da 20-si "isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 28 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024