Mobil versiya
Bakı məktəblərində monitorinq imtahanları keçirildi
Tarix: 26-12-2018 | Saat: 13:40
Bölmə:Təhsil | çapa göndər

Bakı məktəblərində monitorinq imtahanları keçirildi



Bu gün paytaxtın ümumi təhsil müəssisələrinin II, IV, VI və VIII sinifləri üzrə monitorinq təşkil olunub.

aia.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.


Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunmuş monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb.

Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024