Mobil versiya
Yol polislərinə verilən yeni maşınların üstünlüyü nədir?
Tarix: 26-12-2018, 12:47 | Saat: 15:47:00
Bölmə:Manşet / Maraqlı / Seçilənlər-9 | çapa göndər

Yol polislərinə verilən yeni maşınların üstünlüyü nədir?


DİN Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti üçün "Mersedes” markalı 118 avtomobil alınıb.

BakuPost-un xəbərinə görə, onlardan 75-i "Mersedes”in C-300, 4-ü E-450, 39-u isə E-350 modelidir. Bu avtomobillərin hamısında yeni i-Patrul sistemi quraşdırılıb. Bu sistem texniki xüsusiyyətlərinə görə əvvəlkilərdən xeyli fərqlənir.

Yol Patrul Xidməti avtomobilinin dayandığı, eləcə də hərəkət etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək imkanına malik olan sistem ətrafı 360 dərəcə əhatə edən doqquz videonəzarət kamerası ilə təchiz olunub. Sistemin daxilində qarşıdakı beş zolaqda hərəkət edən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və sürətlərini avtomatik rejimdə qeydə alan "Radar” quraşdırılıb. Həmçinin avtomobillərdə yan istiqamətlərdə "Nömrətanıma”, gecə görüntüsü üçün 30 metrlik məsafəni əhatə edən "infraqırmızı” görünməz işıqlandırma sistemləri və GPS modulu var. Sistemin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir. Eyni zamanda, Yol Patrul Xidməti avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. Bu sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar sistemin mobil rabitə şəbəkəsi vasitəsilə dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülür.

Post Patrul Xidməti üçün isə "Mersedes Citan” markalı 60 avtomobil alınıb. Bu avtomobillər də zəruri texniki avadanlıqla təchiz olunub. Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında digər xidmətlər üçün Azərbaycan istehsalı olan "Khazar” LD avtomobilləri də alınıb.

Qeyd edək ki, dekabrın 25-də Preident İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılış mərasimi zamanı xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb.

aia.az



5239 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-08-2019
16-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031