AFFA "Qarabağ"ı azarkeşlərə görə cərimələyib
Tarix: 25-12-2018, 14:35 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

AFFA "Qarabağ"ı azarkeşlərə görə cərimələyib



AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Azvision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt"ın 4 futbolçusu "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları matçda sarı vərəqə aldıqları üçün klub 800 manat məbləğində cərimə olunub. Oyunun 85-ci dəqiqəsində "gənclik şəhəri" təmsilçisinin oyunçusu Arif Daşdəmirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Kluba isə 200 manat cərimə tətbiq olunub.

"Sabah"ın 4 oyunçusu evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları matçda sarı vərəqə alıb və klub 800 manat ödəməli olacaq. Komandanın futbolçusu Erik Ramos sözügedən matçda ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün 1 oyunluq cəza alıb, kluba isə 200 manat cərimə kəsilib.

"Qarabağ"ın 6 oyunçusu "Keşlə" ilə 1:1 heç-heçə etdikləri matçda sarı vərəqə aldıqları üçün kluba 800 manat cərimə tətbiq olunub. 89-cu dəqiqədə Ağdam təmsilçisinin müdafiəçisi Yakub Jezniçak ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub isə buna görə 200 manat ödəyəcək.

Qarşılaşma başa çatandan sonra "Qarabağ"ın azarkeşləri pirotexniki vasitələrdən istifadə edib. Klub buna görə də 800 manat ödəməli olacaq.


aia.az



586 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-03-2019
16-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}