Mobil versiya
Daha çox bu idman növlərində antidopinq qaydaları pozulur – Agentlik AÇIQLADI
Tarix: 25-12-2018 | Saat: 13:52
Bölmə:İdman | çapa göndər

Daha çox bu idman növlərində antidopinq qaydaları pozulur – Agentlik AÇIQLADI


Azərbaycanda antidopinq qaydaları pozulan idman növləri məlum olub.



Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, 2018-ci ildə Agentlik tərəfindən 35 antidopinq qayda pozuntusu aşkarlanıb.



Onun sözlərinə görə, ilk üçlükdə ardıcıllıqla güləş, taekvondo və boks idman növləri qərarlaşıb: “Bu növlərdə müvafiq olaraq 12, 7 və 5 idmançıdan götürülən nümunələr müsbət nəticə verib”.



Ş.Hüseynli vurğulayıb ki, cari ildə Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsinin və Təsisçilər Şurasının Bakıda iclası keçirilib.

Onun sözlərinə görə, həmçinin Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupunun Bakıya səfəri olub.



Azərbaycan Milli Antidopinq Agentliyinin müfəttişləri 2018-ci il Qış Olimpiya Oyunlarında, Asiya Oyunlarında çalışıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024