Mobil versiya
Yüksək ixtisaslı tibb mütəxəssislərin hazırlanmasının yaxşılaşdırılması
Tarix: 25-12-2018 | Saat: 13:01
Bölmə:Səhiyyə | çapa göndər

Yüksək ixtisaslı tibb mütəxəssislərin hazırlanmasının yaxşılaşdırılması



Səhiyyənin qarşısında duran ən vacib məsələlərdən biri kadr problemidir. Bu gün Səhiyyənin inkişafı və tərəqqisi, təbabətin qarşısında duran bir çox problemlərin həlli bu sahədə çalışan yüksək ixtisaslı mütəxəssis kadrların hazırlanması ilə birbaşa bağlıdır. Ölkəmizdə kadr hazırlığı Dövlət başçısının himayə və qayğısı ilə bir neçə istiqamətdə həyata keçirilir. Əsas istiqamətlər fəaliyyətdə olan tibb kadrlarının təkmilləşdirmə kursları və sertifikasiya sorğularının tətbiqi ilə hazırlanmasından, inkişaf etmiş dünya ölkələrində təcrübə keçməsindən, xarici ölkələrdən dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə təşkil olunmuş seminar və kurslarda aparılan təlimlərdən və ölkədə mövcud olan tibb elmi və tibb təhsili sistemi təkmilləşdirilməsindən ibarətdir.

Ölkəmizdə müxtəlif ixtisaslı həkim kadrlarının hazırlanmasında ali tibb təhsili verən Azərbaycan Tibb Universitetinin rolunu xüsusi qeyd etmək lazımdır. ATU-nun ali təhsilli həkimlərin hazırlanmasındakı şərəfli roluna Ulu öndərimiz dahi Heydər Əliyev yüksək dəyər vermişdir və 2000-ci ildə keçirilən 70 illik yubiley münasibəti ilə Tibb Universitetinə göndərdiyi təbrik məktubunda belə qeyd etmişdir: “Bakı Dövlət Universitetinin fakültəsi kimi fəaliyyətə başlayan və 1930-cu ildə müstəqil ali məktəbə çevrilən Azərbaycan Tibb Universiteti ölkəmizdə tibb elmini və Səhiyyənin inkişafınra misilsiz xidmətlər göstərmişdir. Mübaliğəsiz demək olar ki, universitetin fəaliyyətinin 70 ili Azərbaycanda tibb elminin və Səhiyyə sisteminin təşəkkül tapıb inkişaf etməsi yolunu əks etdirə mühüm bir dövrdür. Ölkəmizi yüksək ixtisaslı tibb kadrları təmin edən bu təhsil mərkəzi tarixi bir missiyanı uğurla yerinə yetirmiş və qısa müddət ərzində Azərbaycanda insan sağlamlığının keşiyində duran həkimlər ordusu yaranmışdır”.

Qeyd etmək lazımdır ki, ordu quruculuğunda hərbi həkimlərə ehtiyac olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 25 may 2000-ci il sərəncamına müvafiq olaraq, ATU-da yeni hərbi tibb fakültəsi yaradılmışdır və hərbi həkimlərin də hazırlanmasına başlanmışdır. Bu təhsili ocağında tibb elmini öyrənməklə yanaşı, həkim şəxsiyyətində humanist fəlsəfi-elmi biliyin, peşəkarlıq səviyyəsinin formalaşmasına və mənəvi inkişafa üstünlük verilir. Universitetin professor-müəllim heyəti bütün bilik və bacarıqlarını, milli hissləri qoruyub saxlamaqla, vətənpərvərlik ruhunda, mənəvi cəhətdən saf, milli dövlətçiliyimizə sədaqətlə xidmət edən fəlsəfi dünyagörüş potensialına və fəlsəfi irudisiya dəyərinə malik tibb mütəxəssislərinin hazırlanmasına sərf edirlər. Gələcəyin həkimlərində humanitar sahədə (etika sferasında) bilik ilə yüksək tibbi bilik reallığa uyğun inkişaf etdirilir və tibb təhsili müasir dövrün elmi tələblərinə cavab verir. Tədris prosesinin təkmilləşdirilməsi istiqamətində tədbirlərə uyğun olaraq, gələcək

mütəxəsislərin peşə hazırlığının yaxşılaşdırılmasına yönəldilən ən müasir müayinə metodları tətbiq olunur. Rəhbərliyin tövsiyyəsi ilə ənənəvi olaraq, kafedralarda açıq dərslər keçirilir, tələbələrin nəzəri biliklərini və praktiki vərdişlərini yüksəltməklə, həm də müasir təlim metodlarının tətbiqi ilə təcrübə mübadiləsini aparılır. Açıq dərslər tələbəyə tibb elmi haqqında praktikada, müşahidələrdə yoxlanılan, sübut edilən ən ümumi və fundamental bilikləri öz beynində cəmləşdirməyə və daha aydın mənimsənilməsinə imkan verir.

Yüksək ixtisaslı tibb kadrlarının yetişdirilməsində seminarlar və kusrlarda aparılan təlimlərin, eyni zamanda tələbələrin gələcəkdə həm savadlı həkim, həm də bir tədqiqatçı kimi formalaşmasında konqreslərin keçirilməsinin xüsusi əhəmiyyəti vardır. Universitetdə hər il ənənəvi olaraq tələbələrin və gənc həkimlərin Beynəlxalq Tibb Konqresi keçirilir. 2017-ci ildə və 2018-ci ilin noyabr ayında keçirilən IV və V Beynəlxalq Tibb Konqresi ərəfəsində Türkiyənin İstanbul Universiteti tibb fakültəsinin Endockopik Laporoskopik Cərrahlar Dərnəyinin bir qrup professor müəllim heyətinin dəstəyi ilə universitetdə laporoskopik cərrahiyyə kursları təşkil edilmişdir. Bu zaman dünyada ixtira edilən yeni metodlar yeni nəsilə ötürülür. Hal-hazırda Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” Tvinninq layihəsi çərçivəsində tələbə və rezidentlərin faydalana biləcəyi kurslar təşkil edilir. Tələbələrin həyatında tələbə elmi cəmiyyətində (TEC) çalışmaları mühüm rol oynayır. 100-dən çox tələbə elmi dərnəklərdə çalışır.

Təhsil sistemində Avropaya inteqrasiya xarici ölkələrlə tələbə mübadiləsində, Avropa kredit sisteminə keçirilməsində özünü göstərir. ATU-nun yüzlərlə tələbə və rezidentləri öz təhsillərini qonşu ölkələrin və Avropanın tibb universitetlərində və klinikalarında davam etdirirlər. Iran İslam Respublikasından, Türkiyədən, İordaniyadan, Suriyadan və s. tələbələr Azərbaycan Tibb Universitetində beynəlxalq standartlara uyğun səviyyədə ali təhsil alırlar. Qeyd etmək lazımdır ki, Universitetdə 1189 nəfər xarici ölkə vətəndaşları olan tələbələr müalicə işi, stomatologiya və əczaçılıq fakültələrində təhsil alır. Beynəlxalq təhsildə tələbəyə fərdi yanaşma əsas kriteriya kimi qəbul edilmişdir. 2018-ci tədris ilində yaz imtahan sessiyasından sonra 3126 nəfər istehsalat təcrübəsi keçmişdir. Onlardan 1958 nəfəri I-II müalicə işi, 428 nəfəri stomatologiya, 313 nəfəri ictimai səhiyyə, 161 nəfəri əczaçılıq, 276 nəfəri isə hərbi tibb fakültəsi tələbələr olmuşdur.

Istehsalat təcrübələri müalicə fakültəsinin III kursunda orta tibb işçisi, IV kursda ailə həkimi köməkçisi, V kurs da həkim köməkçisi proqramı üzrə aparılır.

Rezidentura təhsilinin keyfiyyətinin artırılması istiqamətində ardıcıl işlər görülmüş və hal-hazırda bu iş uğurla davam etdirilir, həm də rezidenturaya qəbul planı əvvəlki illərlə müqayisədə artırılmışdır. 2011-ci ildən başlayaraq, Universitetdə 3255 nəfər rezidenturaya qəbul olunmuşdur. 2018-ci tədris ilində

tələbə qəbulu üzrə Dövlət Komissiyası tərəfindən universitetə rezidentura üzrə I kursa 34 ixtisas üzrə 100 nəfər rezident, 9 nəfər isə xarici rezident qəbul olunmuşdur. Ötən il rezidenturada 38 ixtisas üzrə (Naxçıvan Dövlət Universiteti və ATU-nun Hərbi Tibb fakültəsini bitirənlər daxil olmaqla) 458 həkim-mütəxəssisin buraxılışı olub və həmin buraxılışdan 359 nəfər həkim mütəxəssis təyinatla daha çox tələbat olan tibb müəssisələrinə göndərilmişdir.

Əlbəttə ki, ATU-nun kollektivi gələcəkdə də ölkə səhiyyəsinin inkişaf etdirilməsi və yüksək ixtisaslı kadrların hazırlığı istiqamətində vəzifələrini ləyaqətlə və uğurla həyata keçirəcəklər.

Beləliklə, Azərbaycan Səhiyyəsi özünün kadr potensialı, onun kəmiyyət və keyfiyyət göstəriciləri ilə dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olacaqdır.

Hacıyeva Nərgiz, t.ü.f.doktoru

ATU II. Uşaq xəstəlikləri kafedrası.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024