Mobil versiya
Müasir dövrdə poliklinikada sağlam uşaqların qəbulu və müayinəsi
Tarix: 24-12-2018, 18:01 | Saat: 15:47:00
Bölmə:Səhiyyə | çapa göndər

Müasir dövrdə poliklinikada sağlam uşaqların qəbulu və müayinəsi




Bu gün ölkəmizdə dövlət başçısı və H.Əliyev Fondu tərəfindən uşaqların sağlamlığının mühafizəsinə xüsusi diqqət göstərilir və bu iş uğurla davam etdirilir. 2006-cı ildə Səhiyyə Nazirliyinin qərarı ilə “Ana və uşaqların sağlamlığının qorunması” işi səhiyyənin prioritet istiqaməti kimi qəbul olunmuşdur. 2004-cü ilin fevral ayında körpə və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsi, 2006-cı ildə “Ana və uşaqların sağlamlığının qorunmasına” dair Dövlət Proqramının təsdiq edilməsi, 2012-ci ildə Nazirliyin 79 saylı əmri ilə yaradılmış “Uşaq və yeniyetmələrə tibbi xidmət yaxşılaşdırılması” üzrə Səhiyyə Nazirliyinin Komissiyası”nın fəaliyyətə başlaması, 2014-cü ildə “uşaqların sağlamlığının yaxşılaşdırılmasına” dair 2014-2020-ci illəri əhatə edən Dövlət Proqramının qəbul olunması bu problemə olan diqqəti əks etdirir.

2006-cı ildə Səhiyyə Nazirliyində “Ana və uşaqların sağlamlığının mühafizəsi”nə aid xüsusi əhəmiyyət kəsb edən 2006-2010cu illəri əhatə edən Dövlət proqramı işlənib hazırlanmışdır. Bu Dövlət Proqramının sayəsində Azərbaycanda Perinatal xidmətin əsası qoyulmuş və 7 rayonda Perinatal mərkəzlər yaradılmış, yenidoğulanlardan başlayaraq, uşaqlara «Elektron Sağlamlıq Kartlarının» (uşağın bioloji pasportu) verilməsi başlamışdır. Hər bir yenidoğulan uşağa aid ESK-da hər bir uşağın özünün Unikal VESKS kodu qeyd olunub, göstərilir. Dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan bu sistemin əsas məqsədi ondan ibarətdir ki, körpə doğulandan etibarən ona göstərilən tibbi xidmət haqqında bütün məlumatlar bu kartda yerləşdirilərək, saxlanılsın və istənilən vaxt uşağın sağlamlığı, fiziki inkişafı, profilaktik peyvəndlər, vurulduğu tarix və s. ilə bağlı məlumatları oradan oxumaq mümkün olsun. Hər bir uşağa aid Elektron Sağlamlıq Kartları valideynlərin özlərində saxlanılır. Bu məlumat həm də Səhiyyə Nazirliyinin nəzdində yaradılmış Mərkəzi Məlumat Bankına daxil edilir. Ölkədə tətbiq olunan “Elektron Azərbaycan Proqramı Çərçivəsində” həyata keçirilən bu tədbirlər hal-hazırda uşaqların icbari dispanserizasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

2014-cü ildə “uşaqların sağlamlığıının yaxşılaşdırılmasına” dair 2014-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunmuşdur və monitorinq sisteminin yaradılması Dövlət Proqramı və Səhiyyə Nazirliyinin Tədbirlər Planında yer alan əsas məsələlərdən olmuşdur. Şübhəsiz, hər bir ölkədə profilaktik tədbirlər planı işlənib hazırlanmalıdır ki, gələcək nəsil sağlam doğulub, sağlam böyüsün. Uşaqların sağlamlıq vəziyyəti və xəstəlikləri barədə məlumatlar poliklinikada təhlil edilir.

Beləliklə, təbiətin ən qiymətli şah əsəri olan uşaqlara tibbi xidmət göstərən tibb müəssisələrindən biri, - uşaq poliklinikasıdır. Ölkəmizdə dövlətin və H.Əliyev Fondunun “Ana və uşaqların sağlamlığının mühafizəsi” sahəsinə göstərdiyi müstəsna xidmətlər nəticəsində çoxlu sayda ambulator poliklinikalar müasir tələblər səviyyəsində təmir və bərpa olunmuş, müasir tibb avadanlıqları ilə təchiz olunmuşdur.

Uşaq poliklinikaları - sağlam uşaqlara xidmət göstərən, xəstəliklərinin qarşısını almaq üçün profilaktika aparan, xəstə uşaqların evdə müalicəsinə imkan yaradan dövlət müəssisəsidir, həm də uşaq məktəbidir, müəssisələrdə və məktəbdə tibbi xidmət təşkil edir. Deməli, poliklinika uşaq əhalisinə xəstəxanadan kənar xidmət göstərən tibb müəssisəsidir. Poliklinikada işıqlı, temperaturu 22-23o aşağı olmayan, xarici səs-küydən izolə olunmuş sağlam uşaq kabinetləri, qeydiyyat otağı, peyvənd otağı və s. vardır. Bu gün müasir tələblərə cavab verən poliklinikalarda sağlam uşaq kabinetinin olması mühüm əhəmiyyət kəsb edir. Zəruri tibb ləvazimatı ilə təmin olan bu otaq sağlam uşaqların qəbulu üçündür. Pediatr burada uşaqların sağlamlığı və inkişafını, orqanizmin möhkəmliyini təmin edən, xəstəliklərin qarşısını almağa yönəldilmiş profilaktik işlər aparır. Otaqda bu ləvazimatların olması vacibdir: tibbi bələk stolu, tibbi ləvazimat stolu, tərəzi, boy ölçən, uşaq stolu və stulları, dərmanlar üçün şüşəli şkaf, oyuncaqlar üçün şkaf, anaya bələmə öyrətmək üçün gəlincik, bələk ləvazimatları, qida məhsulları nümunələri üçün şkaf və s. Sahə pediatrları 4 növbə ilə bu kabinetdə bütün yaş qrupları üzrə (xüsusən də 1 yaşa qədər) uşaqları qəbul edir, onların fıziki sinir-psixi inkişafını qiymətləndirir, analar ilə uşagın tərbiyəsi, ana südü ilə qidalanması, gigiyenik qulluğu, düzgün və sağlam inkişafina dair söhbətlər aparılır.

Bu gün ölkəmizdə sağam uşaqların müayinəsi dünyada inkişaf etmiş ölkələrdə tətbiq olunan elektron sistem üzrə aparılır.

Ana öz uşağını müayinə üçün poliklinikaya gətirdikdə, əvvəlcə qeydiyyat otağına yaxınlaşır, Elektron sağlamlıq kartında qeyd olunan unikal VESKS kodu deyir və yaxud kod yaddan çıxıbsa, uşağın adı, soyadı, atasının adı və yaşını deyir, kompyuterdə qeydiyyat aparılaraq, uşağın VESKS kodu olan elektron müraciət talonu səhifəsi açılır (şəkil 1). Müraciətin səbəbinin ümumi müayinə və ya xəstəliklə bağlı olması, həkimin adı, soyadı, vəzifəsi müəyyən edilir, ambulator müraciət kartında qeyd olunur. Sonra ambulator müraciət talonu forma şəklində kompüterin printerindən çıxır və valideyinə verilir ki, həkim uşağı müayinə etsin. Ambulator müraciət talonunda giriş məmulatları yazılır: hər gün hər müraciətə görə nömrələnir, burada tibb müəssisəsinin adı, kodu, müraciətin tarixi, vaxtı qeyd olunur. Uşağın adı, soyadı, atasının adı, doğum tarixi, VESKS kodu, cinsi, ünvanı, sığortası, müayinə tarixi, həkimin adı, soyadı, vəzifəsi, poliklinikaya gəlişin səbəb - icbari dispanzerizasiya və ya xəstəliklə bağlılığı, xəstədirsə xəstəliyin XBT -10

üzrə kodu, I-li və ya təkrari gəlişi, dispanser qeydiyyatda olması, qeydiyyata götürülən vaxtı, uşağın sağlamlıq qrupu, boyu, çəkisi qeyd olunub, göstərilir. Digər mütəxəssislər - pediatr, kardioloq, endekrinoloq, infeksionalist, cərrah, onkoloq, oftolmoloq, Lor, nervopotoloq, dər-zöhrəvi, stomatoloq, psixoloq və s. həkimlərin adı, soyadı, xəstəliklərin XBT-10 kodu, diaqnostik və laborator müayinələrin adı (EKQ, USM və rentgen-flüorroqrafiya) və s. qeyd olunur. Sahə həkimi uşağı müayinə edir, antronometrik ölçüləri və sağlamlıq qrupunu mütləq ambulator müraciət talonunda qeyd edir. Əgər uşaq ən azı 4 həkim müayinəsindən keçirsə – bu icbari dispanserizasiyayadır. Bütün bu tibbi məlumatlar kompüterdə yerləşdirilir, Səhiyyə Nazirliyinin nəzdində yaradılan Mərkəzi Məlumat Bankına daxil edilir. Eyni zamanda bütün müayinələrin nəticələri forma 112-də qeyd olunur, uşağın fiziki-sinir-psixi inkişafı qiymətləndirlib, nəticə çıxarılır, epikriz yazılır. Hər kvartalda yəni 3, 6, 9, 12 aylarda epikriz və epikrizdə sağlamlıq qrupu mütləq yazılmalıdır.

Beləliklə, uşaqlara vaxtında tibbi, profilaktiki, sosial, hüquqi, mənəvi və psixoloji yardımın göstərilməsi həkim-pediatr tərəfindən həyata keçirilir. Bu gün səhiyyədə tibbi xidmətin təkmilləşdirilməsi və yaxşılaşdırılmasında, uşaqların sağlamlığının mühafizəsində müasir dövrün tələblərinə cavab verən ambulator – poliklinika xidmətinin rolu əvəzedilməzdir.

Hacıyeva Nərgiz, t.ü.f.doktoru

ATU II. Uşaq xəstəlikləri kafedrası

aia.az



5371 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031