Mobil versiya
Cavanşir Quliyev: “Ehtiyac duyularsa, himnimiz aranjeman oluna bilər”
Tarix: 24-12-2018 | Saat: 10:40
Bölmə:Gündəm | çapa göndər

Cavanşir Quliyev: “Ehtiyac duyularsa, himnimiz aranjeman oluna bilər”


Uzun müddətdir, himnizin aranjeman olunması məsələsi gündəmdədir. Deputat Tahir Kərimli tərəfindən səsləndirilən bu fikir ətrafında müzakirələr hələ də davam edir.

Bununla bağlı Modern.az-a danışan tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev bildirib ki, Azərbaycan Dövlət Himninin aranjemanı musiqiçilərin daxili-texniki məsələsidir, geniş kütlənin bilməsinə ehtiyac yoxdur:

“Hesab edirəm ki, himnimizin aranjeman edilməsinə ehtiyac yoxdur. Amma əgər ehtiyac duyularsa, aranjeman baş tuta bilər. Xatırlatmaq istəyirəm ki, cəmi 4 il əvvəl – Azərbaycanda keçirilən Avropa Oyunlarına hazırlıq mərhələsində himnimizin yeni orkestrləşdirilməsi edilib. Oyunlar zamanı məhz yeni versiya ifa olunurdu”.

Himnimizin uzun olması iddialarına gəlincə, Cavanşir Quliyev bunu təkzib edib:

“Hər yerindən duranın sözü ilə dövlətin himninə müdaxilə edilməz. Azərbaycan himni uzun deyil, siz də dinləyin və saata baxın, 2 dəqiqə 16 saniyədir. Məncə, dövlətinin himnini 2 dəqiqə dinləyə bilməyən adam bu ölkənin vətəndaşı olmağa layiq deyil”.

Qeyd edək ki, parlament “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” Qanuni 1992-ci il mayın 27-də qəbul edib. Qanuna əsasən, 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiqlənib. Hazırkı himnimiz 1989 və 2014-cü illərdə iki dəfə aranjeman olunub. 4 ildir ifa etdiyimiz Dövlət Himni qeyd edildiyi kimi, 2 dəqiqə 16 saniyədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə