Mobil versiya
“Gəlin şəhid ailələrini tez-tez ziyarət edək ki, onlara dil uzadanlar olmasın” - Deputat
Tarix: 24-12-2018 | Saat: 10:38
Bölmə:Gündəm | çapa göndər

“Gəlin şəhid ailələrini tez-tez ziyarət edək ki, onlara dil uzadanlar olmasın” - Deputat


Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, millət vəkili Adil Əliyev cəbhə bölgəsində əsgər- zabitlərimizi ziyarət edib.

Füzuli rayonunda aprel döyüşlərində şəhid olan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İgidliyə görə" medalı ilə təltif etdiyi Orxan Həmidovun ailəsi ilə görüşüb. Millət vəkili "feysbuk” hesabında status yazıb:

"Həmidov Orxan İbrahim oğlunun, Füzuli rayonundakı evində oldum, ailəsi, anası və oğlanları ilə görüşdüm. Allah bütün şəhidlərimizi rəhmət eləsin, ailəsini qorusun. Gəlin şəhid ailələrini tez-tez ziyarət edək ki, onlara dil uzadanlar olmasın”,-deyə millət vəkili qeyd edib.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Adil Əliev tez-tez cəbhə bölgəsinə səfərlər edir. Əsgər-zabitlərlə görüşür və onlar qarşısında çıxışlar edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024