Mobil versiya
Prezident İlham Əliyevə doğum günü mübasibətilə təbrik məktubları gəlməkdədir
Tarix: 22-12-2018 | Saat: 17:52
Bölmə:Gündəm | çapa göndər

Prezident İlham Əliyevə doğum günü mübasibətilə təbrik məktubları gəlməkdədir



MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin.

Sizin adınız Azərbaycanda, regionda və bütün dünyada öz ölkəsini inkişaf və firavanlıq, vətəndaş həmrəyliyinin və əmin-amanlığın təmin edilməsi yolunda qətiyyətlə irəli aparan prinsipial, güclü və iradəli rəhbər assosiasiyası doğurur.

Sizin yüksək intellektual potensialınız, geniş təfəkkürünüz və dövlət idarəçiliyi sahəsində çoxillik təcrübəniz dinamik inkişaf edən müasir reallıq şəraitində optimal qərarlar qəbul etməyə imkan verir.

Sizin rəhbərliyinizlə həyata keçirilən strateji kurs Azərbaycanın beynəlxalq arenada nüfuzunun və rolunun durmadan yüksəldilməsinə yönəlib.

Ölkənin iqtisadi potensialının möhkəmlənməsi, insanların həyat keyfiyyətinin yaxşılaşdırılması Sizin Prezident vəzifəsində səmərəli işinizin dəyişməz prioritetləri olub və yenə də belədir.

Əminəm ki, Sizin qərarlar qəbul olunmasında və hər bir işdə nümayiş etdirdiyiniz siyasi iradə və müdriklik güclü və inkişaf etmiş dövlət yaratmağa, Müstəqil Dövlətlər Birliyi məkanında qarşılıqlı inteqrasiyanın möhkəmlənməsinə bundan sonra da kömək edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

X X X

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Uzaqgörən rəhbərliyinizlə Azərbaycan əldə etdiyi nailiyyətlərlə regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və beynəlxalq arenadakı uğurları ilə dünya birliyinin fəal üzvü kimi nüfuz qazanıb.

Sizin verdiyiniz mühüm töhfələrin və apardığınız uğurlu siyasətin nəticəsi kimi, türk dünyasının birliyi daha da möhkəmlənməkdə və daha vüsətli bir mərhələyə qədəm qoymaqdadır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna dəyərli dəstəyinizə, təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin təşəbbüsünüzlə yaradılmış Fond yeni layihə və proqramları ilə türk dünyasını beynəlxalq aləmdə qürurla təbliğ edərək işini yüksək etimadınıza layiq olaraq davam etdirəcək.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, xoşbəxtlik arzulayır, bir daha səmimi qəlbdən təbrik edirik.

Fürsətdən istifadə edərək Sizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də ürəkdən təbrik edirik".

X X X

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevdən:

"Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz son dərəcə təcrübəli dövlət xadimi, səriştəli diplomat və müstəsna istedadlı siyasi xadim olaraq Azərbaycanı günbəgün inkişaf və firavanlaşma yolu ilə irəli aparırsınız. Sizin strateji düşünmək, qəbul olunmuş qərarları ardıcıl surətdə həyata keçirmək və xalqı inamla irəli aparmaq, Azərbaycan dövlətinin sabitliyini və dünya siyasi arenasında mövqelərini ilbəil möhkəmlətmək qabiliyyətiniz səmimi heyranlıq doğurur.

Sizə səmimi qəlbdən tükənməz enerji, möhkəm cansağlığı arzu edir, qardaş Azərbaycanın yeni qələbələri naminə bütün planlarınızın həyata keçməsini diləyirəm".

X X X

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan:

"Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Müasir Azərbaycanın uğurları, onun iqtisadi, siyasi və beynəlxalq mövqelərinin möhkəmlənməsi Sizin adınızla ayrılmaz surətdə bağlıdır. Siz uzaqgörən və müdrik siyasi xadim kimi haqlı olaraq həm öz vətəninizdə, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazanmısınız. Sizin fəaliyyət xəttinizin çoxmillətli Azərbaycan xalqı tərəfindən haqlı olaraq dəstəklənməsi Azərbaycan Respublikasının Prezidenti seçkilərində növbəti inandırıcı qələbəyə çevrildi. Sizin rəhbərliyinizlə həyata keçirilən dəyişikliklər və iri layihələr atanız, Azərbaycan xalqının dahi oğlu və ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin şanlı işlərinin layiqli davamıdır.

Müxtəlif missiyaların və nümayəndə heyətlərinin işində iştirak edən Rusiya təmsilçiləri, o cümlədən dağıstanlılar hər dəfə sizin respublikanın qazandığı şəksiz nailiyyətlərin şahidi olurlar. Əminəm ki, çoxəsrlik qarşılıqlı hörmət, səmimiyyət və etimad ənənələri bundan sonra da xalqlarımız arasında qardaşlıq münasibətlərinin, habelə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun tərkib hissəsi olan Dağıstan Respublikası arasında əməkdaşlığın böyük potensialının həyata keçirilməsinin əsası olacaq. Sizinlə şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm və Sizinlə görüşləri həmişə ən xoş duyğularla xatırlayıram.

Möhtərəm İlham Heydər oğlu, Sizə ən xoş arzularımı, möhkəm cansağlığı, əmin-amanlıq, tükənməz qüvvə və enerji diləyir, Azərbaycan naminə bütün təşəbbüslərinizdə Sizə yeni uğurlar arzulayıram".

X X X

İordaniyanın Kralı II Abdullah Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizə cansağlığı və xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm".

X X X

TÜRKSOY-un baş katibi Düsen Kaseinov İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Beynəlxalq TÜRKSOY təşkilatının baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin yürütdüyü humanist və sülhsevər siyasət nəticəsində Azərbaycan Respublikası durmadan inkişaf edir, dünya ölkələri arasında tutduğu layiqli yerini daha da möhkəmləndirir.

Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikası ilə 25 yaşına çatan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY arasında qarşılıqlı mədəni əməkdaşlığın genişləndirilməsinə və inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti və qayğını yüksək qiymətləndiririk.

Xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024