Mobil versiya
“Ramil Usubovu ilk dəfə döyüşlərin ən ağır vaxtlarında Ağdamda tanıdım..."
Tarix: 22-12-2018 | Saat: 12:30
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Ramil Usubovu ilk dəfə döyüşlərin ən ağır vaxtlarında Ağdamda tanıdım..."


“Onun 70 illik yubileyini ürəkdən təbrik edirəm, ona cansağlığı, uzun ömür arzulayıram və bilirəm ki, o, bundan sonra da Azərbaycan polisinə rəhbərlik edəcək”

Bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas daxili işlər naziri Ramil Usubovun doğum gününü təbrik edərkən deyib. A.Abbas bildirib ki, R.Usubov Azərbaycan polisinin işini həmişə düzgün istiqamətləndirib:

"Azərbaycan polisi həmişə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Onlar Azərbaycan xalqının əmin-amanlığının qarantıdır. Polislərimiz həm müharibə dövründə cəbhədə şəhidlər verib, həm də indiki vaxtda terrorçulara, cinayətkar qruplara qarşı mübarizədə öz şirin canlarından keçiblər ki, Azərbaycan xalqı əmin-amanlıq içində yaşasınlar. Biz bunların hamısının şahidiyik. Təbii ki, polislərimizin öz vəzifələrini şərəflə, vicdanla yerinə yetirməsi cənab nazirin əməyinin nəticəsidir. Nazir Ramil Usubov möhtərəm prezidentimizin daxili siyasətinin tapşırıqlarını həmişə layiqincə yerinə yetirib. Mərhum prezidentimiz Heydər Əliyevin zamanında da onun Ramil Usubova böyük hörmət və etimadı var idi və bunu hamımız bilirdik. Hətta bir dəfə Heydər Əliyev demişdi ki, “Mən nə qədər prezidentəm, Ramil Usubov daxili işlər naziri olacaq”. Bu dərəcədə ona inanırdı və inamında da haqlı idi, çünki Ramil Usubov Azərbaycan polisinin işini həmişə düzgün istiqamətləndirib. Bu gün ölkə başçısı İlham Əliyev də çıxışlarında R.Usubovun gördüyü işlərdən həmişə razılığını bildirib”.


A.Abbas Ramil Usubovla ilk dəfə müharibə dövründə Ağdamda tanış olduqlarını bildirib:

“R.Usubovu ilk dəfə döyüşlərin ən ağır vaxtlarında Ağdamda tanıdım. Döyüşlərin ən ağır vaxtlarında o, Ağdamda idi və bütün döyüşlərdə fəal iştirak edirdi, yəni döyüşlərə rəhbərlik edirdi. Onunla polislərin yeməkxanasında borş yemişik. Onun ürəyi həmişə Qarabağla döyünür. Məndə olan məlumata görə müharibə dövründə R.Usubov 260 gün Ağdamda ezamiyyətdə olub. İlin çoxunu o, ancaq döyüş bölgələrində olurdu. Bilirsiniz ki, Xocalıda ən çox şəhid verən ailələrdən biri R.Usubovun nəslidir. O, bu gün Azərbaycanın ictimai asayişinin qorunmasında böyük fəaliyyəti olan, şərəfli bir yol keçən insandır. Onun 70 illik yubileyini ürəkdən təbrik edirəm, ona cansağlığı, uzun ömür arzulayıram və bilirəm ki, o, bundan sonra da Azərbaycan polisinə rəhbərlik edəcək”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə