Mobil versiya
“AN”: Qarabağda müharibə yanvarda başlaya bilər
Tarix: 28-12-2015 | Saat: 14:14
Bölmə:Gündəm / Siyasət / Aia TV / Karusel | çapa göndər


Rusiya təcili qaydada Ermənistana zirehli texnika və hərbi helikopterlər daşıyır.

Dağlıq Qarabağ ətrafında vəziyyət gərginləşir. Demək olar ki hər gün erməni və Azərbaycan mətbuatı və siyasətçiləri bir-birini atəşkəsi pozmaqda ittiham edir. Və itkilər barədə xəbər yayırlar.

Aia.az xəbər verir ki, belə bir yazı ilə Rusiyanın “Arqumentı Nedeli” mətbu orqanı çıxış edib.

KTMT-nin Moskvada keçirilən iclasında Ermənistan prezidenti Serj Sarkisyan faktiki olaraq bəyan etdi ki, İrəvan və Bakı arasında müharibə istənilən an başlaya bilər. Və o, Rusiyanı xatırlamağa çağırdı ki, təşkilatın Nizamnaməsinə görə onun üzvlərindən birinə hücum bütün təşkilata hücum deməkdir, deyə, dərgi yazır.

“İndi Qarabağ münaqişəsinin nizamlanmasının şərti desək, iki planı var. Birincini ABŞ və Fransa təklif edib – ATƏT-in nümayəndələrinin qrupunu genişləndirmək və ərazini texniki müşahidə və nəzarət vasitələri ilə təchiz etmək. Biz hesab edirik ki, bu, kömək etməyəcək və sülhməramlı kontingentin əraziyə yeridilməsini təklif edirik. Bakı qəti şəkildə əleyhinədir”, - deyə, rusiyalı hərbi-diplomatik mənbə “AN”a danışıb.

“O qeyd edib ki, qərarı “onsuz da təcili qəbul etmək lazımdır”, çünki Rusiya təyyarəsi ilə bağlı faciə ilə əlaqədar Azərbaycanın Türkiyəni dəstəkləməsindən sonra Cənubi Qafqazda böhranın dərinləşməsi “Ankara və Vaşinqtonun xeyrinə olaraq, Rusiyanın gücünü Suriyadakı müharibədən yayındırır”, - deyə, dərgi yazır.

“AN”a həmçinin məlum olub ki, hazırda Rusiyanın Gümridəki (Ermənistan) hərbi bazasına təcili şəkildə Cənub Hərbi Dairəsinin şəxsi heyəti, zirehli texnikası, hərbi və nəqliyyat helikopterləri köçürülür. Yalnız dekabr ayında buraya 13 ədəd Mi-24P zərbə və Mi-8MT nəqliyyat helikopteri göndərilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024