Mobil versiya
Nazirlikdən əhaliyə bayram XƏBƏRDARLIĞI
Tarix: 21-12-2018 | Saat: 12:54
Bölmə:Manşet / Ölkə | çapa göndər

Nazirlikdən əhaliyə bayram XƏBƏRDARLIĞI


Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən aia.az-a verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
ağac tezalışan oyuncaqla bəzədilməməli;
qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

pəncərədə dəmir barmaqlıq olmamalı;

məkanın iki çıxışı olmalı;

ehtiyat qapı üzərində "Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

otağın qapıları mütləq bayıra açılmalı;

məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

şənlikdə işıq tam söndürülməməli;

şənliyə tezalışan materialdan paltar geyinilməməli;

məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

"Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, - deyə müraciətdə vurğulanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024