Mobil versiya
Paşinyan Moskvaya gedir – Putin açıqladı
Tarix: 20-12-2018 | Saat: 16:28
Bölmə:Dünya | çapa göndər

Paşinyan Moskvaya gedir – Putin açıqladı


Paşinyan gələn həftə Rusiyaya gedəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin deyib.

“Biz münasibətlərin inkişafını yaxın zamanlarda Paşinyanla müzakirə edəcəyik. O, gələn həftə Rusiyaya səfər etməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, Putin indiyə qədər Paşinyanı seçkidə qələbəsi münasibətiylə təbrik etməyib.

Bu, Paşinyanın seçkidən sonra ilk xarici səfəri olacaq. Erməni liderlər adətən seçkidən sonra ilk səfərlərini Azərbaycanın işğal edilmiş Xankəndi şəhərinə edərək, separatçı hökumətin nümayəndələri ilə görüşürlər. Bu dəfə isə separatçıların lideri Bako Saakyan seçkidən dərhal sonra İrəvana gəlib və Paşinyanla görüşüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024