Mobil versiya
Nazirdən şagirdlərin ehtiyac olmayan biliklər alması barədə iddialara MÜNASİBƏT
Tarix: 20-12-2018, 12:39 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Nazirdən şagirdlərin ehtiyac olmayan biliklər alması barədə iddialara MÜNASİBƏT


Təhsil sistemi gənc nəslə yalnız bu və ya digər fənnə aid bilikləri verməli deyil. Təhsil sisteminin məqsədi hərtərəfli şəxsiyyət yetişdirməkdir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycanda insan kapitalı üzrə forumda orta məktəblərdə şagirdlərin ehtiyac olmayan biliklər alması barədə deyilən iddialara münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, hərtərəfli şəxsiyyət yetişdirmək üçün birgə və intensiv sosiallaşma olmalıdır: "Burada Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi fənlərinin xüsusi yeri var. Eyni zamanda, Azərbaycan qanunvericiliyi digər ölkələrin qanunvericiliyindən daha liberaldır. Azərbaycan qanunvericiliyinə görə, təhsil həm ana dilində, həm də beynəlxalq proqramlar əsasında, digər xarici dillərdə təşkil oluna bilər. Ancaq digər dillərdə fənlər tədris olunarkən mütləq şəkildə bir sıra fənlər tədris edilməlidir. Bunlar Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyasıdır. Təhsil Nazirliyi həm dövlət, həm də özəl məktəblərdə bu qaydaların əməl olunmasına çox ciddi nəzarət edir".

C.Bayramov deyib ki, bu gün Azərbaycan dilində olan resurslar digər qlobal dillərdə olan resurslarla müqayisə olunan səviyyədə deyil:

"Bunun obyektiv səbəbləri var. Bu da ondan ibarətdir ki, 70 il sovet imperiyasının tərkibində olarkən elmi fikir rus dilində inkişaf edirdi. Bunu da real olaraq nəzərə almaq lazımdır ki, müstəqil Azərbaycan tarixi o qədər də uzun deyil. Bu müddətdə yeni resursların yaradılması üçün işlər aparılıb və davam etdirilir. Hazırlanmış resurslarla özümüz də tam razı deyilik və onların təkmilləşməsi istiqamətində daim iş aparılır. Ancaq bu gün Azərbaycan dilində olan resurslar 10 il əvvəlki resurslarla müqayisə olunsa, görərik ki, əhəmiyyətli fərqlər var".

aia.az



5206 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

12-11-2019
08-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930