Mobil versiya
“Bizi açıq şəkildə təhqir edirlər” - Tahir Kərimli
Tarix: 18-12-2018, 13:04 | Saat: 15:47:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Bizi açıq şəkildə təhqir edirlər” - Tahir Kərimli



"Hazırlanmaqda olan "Mətbuat Şurası haqqında” qanun layihəsi ilə tanış oldum, bunun qəbul edilməsini zəruri sayıram. Jurnalistlərin təklifini faydalı sayıram. Həm jurnalistlərin hüquqularının müdafiəsi sahəsində, həm də onların cəzalandırılması mexanizmləri haqqında məsələnin qoyulmasını düzgün sayıram. Bu, eyni zamanda "Teleradio Şurası haqqında" qanuna da aid edilməlidir”.

aia.az "Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

Deputat bəzi jurnalistləri tənqid edib: "Mənim tanıdığım jurnalistlər var, onlar işinə ciddi yanaşırlar. Lakin bəzən sanki mətbuat, sosial şəbəkələr uşaqlarımızın şəxsiyyətini uşaqlıqdan öldürməklə məşğuldular. Onlar azmış kimi, parlamenti də gözdən salırlar. Sanki sosial şəbəkələrə bir informasiya yemi lazımdır. Bir sözü dəyişirlər, konteksdən çıxarırlar, onlar da ağzına gələnləri deyirlər. İstənilən səviyyədə dövlət adamını təhqir edirlər. Abırsız, həyasız vəziyyətə salırlar. Ailə tərbiyəsi görümüşük, 50-60 il yaşamışıq, heç vaxt o sözləri eşitməmişik. Heç uşaqlıqdan valideynlərimiz bizi çölə buraxmayıb ki, həmin sözləri eşidək. Gözlərimiz görür, qulaqlarımız eşidir, bizi açıq şəkildə təhqir edirlər. Hər birimizin təhqir olunması, eyni zamanda bütün parlamentin, dövlətin də nüfuzunun aşağı salınması deməkdir. Bu məsələlərə son qoymaqdan ötrü mexanizm hazırlanmalıdır”.


aia.az



5211 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30