Mobil versiya
“Arzu, salamat qal” yazan neftçinin cəsədi tapıldı - YENİLƏNİB + FOTO
Tarix: 27-12-2015 | Saat: 14:50
Bölmə:Cəmiyyət / Manşet / Aia TV | çapa göndər


Türkmənistan sahillərində.

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

Aia.az-ın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 60km uzaqlıqda “Berkar” gəmisi kişi cəsədi aşkarlamışdır. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “BAYAN” gəmisinə məlumat ötürülmüş və cəsəd borta alınaraq Türkmənbaşı dəniz limanına aparılmışdır. Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilmişdir.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədinin respublikaya gətirilməsi üçün hadisə yerinə yola düşmüşdür.

12:42

Bu gün Xəzər dənizin Türkəmistan sektorunda dekabrın 4-də “Günəşli” platformasındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı itkin düşən neftçilərdən birinin cəsədi tapılıb.

Aia.az-ın xəbərinə görə, bu barədə Haqqin.Az-a prokurorluqdakı mənbələrdən məlumat verilib.

Mənbənin məlumatına əsasən, FHN xilasediciləri artıq nefçinin cəsədini gətirməyə yollanıblar.

Xatırladaq ki, dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-ın məlumatına görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 33 nəfər təxliyyə olunub, 8 nəfərin meyiti çıxarılıb, 22 nəfərin taleyi isə naməlumdur.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024