Mobil versiya
DİN: 180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı
Tarix: 15-12-2018 | Saat: 14:38
Bölmə:Cəmiyyət | çapa göndər

DİN: 180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı


Polis əməkdaşları tərəfindən xeyli sayda güclü təsiredici həblər götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yasamal Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Eyyub Novruzov güclü təsiredici xüsusiyyətə malik 100 ədəd "Metadon” həbini satarkən cinayət başında yaxalanıb.

Davam etdirilən tədbirlərlə həmin həbləri ona satmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Anar Niftiyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Ondan isə 80 ədəd "Metadon” həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə