Mobil versiya
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti göstərən 22 casus ifşa edilib
Tarix: 14-12-2018 | Saat: 16:03
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti göstərən  22 casus ifşa edilib


Dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçi­ril­ib.

Modern.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müşavi­rədə hesabat məruzəsi ilə çıxış edib.

Elçin Quliyev Dövlət Sərhəd Xid­mə­tinin tərkibində 4 silahlı birləşmənin - Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüv­və­lərinin, Sahil Müha­fizə­sinin və Sərhəd Nəzarətinin yaradılması ilə xidməti fəa­liyyətin daha da optimallaş­dırıldığını qeyd edib.

Bildirib ki, Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Azərbay­can Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyev Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını verib.


O, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin Döv­lət Sər­həd Xid­mə­tinin Sərhəd Qoşunları tərəfindən təşkil olunduğunu, hazırda bu istiqa­mət­də dövlət sərhədinin mühafizəsi sisteminin ya­ra­dıl­ması məqsədilə ardıcıl və dina­mik işlərin həyata keçirildiyini vurğulayıb.


Elçin Quliyev Ali Baş Komandanın bu qəra­rının Azərbaycan Respublikasının Müdafiə Na­zir­liyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni eh­tiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının güclən­dirilməsinə yönəldiyini söylləyib.


Müşavirədə bildirilib ki, Dövlət Sərhəd Xidməti tərəfindən 2018-ci ildə Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 3 nəfər müəyyən edilib.


Xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxla­nılıb, qanunsuz miq­rasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərər­sizləşdirilib.


Dövlət sərhədini pozduqlarına görə 574 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 701 nəfər, axtarışda olan 5561 nəfər saxlanıl­ıb.


38 milyon 279,8 min manat dəyərində qaçaqmalın, 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.


İl ərzində sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda silahlı müqavimət göstərilib, sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunub, hadisə yerində 2 halda avtomat silah, 1 halda 2 ədəd gecə­görmə cihazı aşkar olunub. O cümlədən, iyun ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göy­təpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qar­şısı alınarkən silahlı sərhəd pozucuları ilə atış­mada çoxsaylı güllə yaraları almış çavuş Ramazan Kurupovun həyatı təcili tibbi müdaxilə sayəsində xilas edilib. Əməliyyat-axtarış və qoşun təd­birləri nəti­cəsində 29 noyabr tarixində dövlət sər­hədinin pozulmasının qarşısı alı­narkən baş vermiş atışma zamanı sərhədçilər tə­rəfindən şəxsi şücaət nümayiş etdi­rilib, çavuş R.Kurupovun ayağından yaraladığı sərhəd pozucusu saxlanılıb.


Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzə­rilərinə düşən və­zifələri və Azər­baycan Respublikasının Prezidenti Silahlı Qüv­və­lərin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləya­qətlə yerinə yetirə­cək­ləri vurğulanıb.


Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltif­ləri təqdim olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024