Xətainin deputatı işdən çıxarılan icra başçısı haqda: “Mən heç onun qəbulunda da olmamışam”
Tarix: 14-12-2018, 12:20 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Xətainin deputatı işdən çıxarılan icra başçısı haqda: “Mən heç onun qəbulunda da olmamışam”


Dünən - dekabrın 13-də Prezident İlham Əliyevin sərəncamı ilə Xətai rayonun icra başçısı Razim Məmmədov vəzifəsindən azad edilib.



35 saylı Xətai üçüncü seçki dairəsindən Milli Məclisin deputatı Araz Əlizadə Modern.az-a keçmiş icra başçısı Razim Məmmədovla münasibətlərindən danışıb.

Deputat Razim Məmmədovla ancaq işgüzar münasibətlərinin olduğunu deyib.


“Mənim Razim Məmmədovla ancaq işgüzar münasibətlərim olub. Hesab edirəm ki, icra başçısı ilə deputatın isti münasibəti olmamalıdır. Çünki elə bir münasibətin qurulması keyfiyyətli işin olmasının qarşısını alır. Deputat qanunverici, icra başçısı isə icraedici orqanda təmsil olunur. Onlar arasında isti, sıx münasibətlər deyil, işgüzar münasibətlər olmalıdır”.


Araz Əlizadə Razim Məmmədovla rayon tədbirlərində də bir araya gəlmədiyini deyib.


“Rayon tədbirlərində də bir yerdə olmamışıq. Elə tədbirlərdə Yeni Azərbaycan Partiyasından təmsil olunan deputatlar iştirak edirdi. Mən heç onun qəbulunda da olmamışam. Seçicilərim tərəfindən mənə müraciətlər olan zaman isə onu rəsmi məktubla göndərmişəm. Hesab edirəm ki, çox müraciətlərimə də müsbət cavab almışam”.



aia.az



5105 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-03-2019
16-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}