Mobil versiya
Oqtay Əsədov: “Yeni dünya düzəninin formalaşmasında gənclər rol oynayacaq”
Tarix: 14-12-2018, 11:07 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Oqtay Əsədov: “Yeni dünya düzəninin formalaşmasında gənclər rol oynayacaq”


Bu gün Milli Məclisdə Gənc Parlamentarilərin 5-ci Qlobal Konfransı öz işinə başlayıb. Modern.az saytının məlumatına görə, konfransı giriş sözü ilə Milli Məclisin sədri Oqtay Əsədov Prezident İlham Əliyevin iştirakçılara salamlarını çatdırıb.

Spikerin sözlərinə görə, ötən 100 illiyin sonlarında baş verənlər beynəlxalq səylərin artmasına gətirib çıxarıb. Oqtay Əsədov qeyd edib ki, yeni dünya düzəninin formalaşmasında gənclər rol oynayacaq.

“Nəticə etibarı ilə bütün bunlar indiki və gələcək nəsillər üçün daha güvənli dünyanın qurulmasına gətirib çıxarmalıdır. Bu baxımdan konfransda müzakirə olunacaq mövzular bu yolları müzakirə etməyə imkan vercək. Dünya əhalisinin böyük hissəsini təşkil edən gənclər dünyaya öz töhvələrini verə bilərlər. Gənclər müxtəlif mədəniyyətlərə xas ideyaları daha tez mənimsəyirlər. Əminəm ki, gənclər yeni dünya nizamının formalaşmasında mühüm rol oynayacaq”-deyə Oqtay Əsədov bildirib.


O.Əsədov deyib ki, Azərbaycanda gənclər sosial, humanitar, iqtisadi və siyasi fəaliyyətə yaxından cəlb edilirlər.


Spiker Dağlıq Qarabağ münaqişəsi haqda da konfrans iştirakçılarına məlumat verib. O qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal edilib. Milli Məclisin sədrinin sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqazda inkişafa manə olur.



aia.az



5225 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-10-2019
18-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031