Mobil versiya
“Uroloji Mərkəz - Kamal Abdullayevin Klinikası” MMC – zəngin təcrübənin və fundamental elmi biliklərin vəhdəti
Tarix: 7-12-2018, 14:41 | Saat: 15:47:00
Bölmə:Manşet | çapa göndər

“Uroloji Mərkəz - Kamal Abdullayevin Klinikası” MMC – zəngin təcrübənin və fundamental elmi biliklərin vəhdəti


Etiraf olunmalıdır ki, bu gün Azərbaycanda tibb elminin bir çox sahələri üzrə yüksək inkişafa nail olunmuş, kifayət qədər ciddi uğur və nailiyyətlər əldə edilmişdir. O cümlədən, hazırda səhiyyəmizin daha çox inkişaf etmiş, ən müasir müayinə və müalicə üsullarının tətbiq olunduğu, qabaqcıl texnologiyalara əsaslanan cərrahi əməliyyatların uğurla keçirildiyi sahələrindən biri də urologiyadır. Və əlbəttə ki, Azərbaycanda urologiyanın inkişafından danışarkən, ilk növbədə bu inkişafın əsas istiqamətini təyin edən qabaqçıl tibb müəssisələrinin fəaliyyəti də xüsusi olaraq qeyd olunmalıdır. Hazırda bu sahədə uğurla fəaliyyət göstərən səhiyyə müəssisələrindən biri də “Uroloji Mərkəz - Kamal Abdullayevin Klinikası” MMC-dir.




Uroloji Mərkəz - Kamal Abdullayevin Klinikası Azərbaycanda böyrək, sidik yollarında problemi olan xəstələrə yardım edən yeganə mütəşəkkil tibbi mərkəzdir. Klinikada yaş həddindən asılı olmayaraq bütün xəstələrin böyrək, sidik yollarında (sidik daşı xəstəliyi, böyrək və sidik kisəsinin şişləri, hidronefroz, sistit, prostat vəzinin adenoması) və cinsiyyət üzvlərində rast gəlinən bütün xəstəliklərin konservativ müalicəsi və plastik cərrahi əməliyyatı aparılır. Həmçinin klinikanın fəaliyyət göstərdiyi illər ərzində burada onlarla xəstəyə canlı (qohum) donordan böyrək köçürülüb. Müəssisənin adından da göründüyü kimi, “Uroloji Mərkəz” Azərbaycan səhiyyəsinin ən tanınmış simalarından biri – Respublika Transplantoloqlar Assosiasiyasının sədri, Uroloqlar Cəmiyyətinin sədr müavini, Avropa Uroloqlar Cəmiyyətinin üzvü, əməkdar həkim, tibb elmləri doktoru, professor Kamal Abdullayev tərəfindən yaradılmışdır. Elə klinikanın bugünkü uğurlarının əsasında da məhz bu fakt durur ki, hal-hazırda da müəssisəyə bilavasitə rəhbərlik görkəmli uroloq-alimin özü tərəfindən həyata keçirilir.

Yarım əsrlik zəngin təcrübə



Artıq 54 ildir ki, professor Kamal Abdullayev insanların sağlamlığının keşiyində durmaqda, Azərbaycan səhiyyəsinin inkişafına öz misilsiz tövhələrini verməkdədir. 1964-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Kamal Abdullayev əmək fəaliyyətinə Cəlilabad rayonu Sabirabad kənd sahə xəstəxanasında baş həkim vəzifəsində başlayıb. 1965-ci ildən 1972-ci ilədək Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında stasionar şöbədə cərrah işləyib. 1972-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya və operativ nefrologiya kafedrasının aspiranturasına daxil olub. Bu institut keçmiş Sovetlər İttifaqında həkimlərin təkmilləşdirilməsi sahəsində xüsusi çəkisi olan elm ocağı sayılırdı. Həmin illər ərzində Kamal Abdullayev özünü bacarıqlı cərrah və pedaqoq kimi göstərmiş, onun apardığı təkmilləşmə kurslarında keçmiş İttifaqın bir çox şəhərlərindən gələn həkimlər bilik səviyyələrini artırmaqla yanaşı, Kamal müəllimin pedaqoji fəaliyyətinin təsiri altında elmi işlə məşğul olmuş, urologiyanın müxtəlif istiqamətləri üzrə müdafiə edərək alimlik dərəcəsi qazanmışlar.

İlk uşaq uronefroloji şöbə



1973-cü ildə respublikada ilk dəfə olaraq Klinik Uroloji Xəstəxananın nəzdində uşaq uronefroloji şöbəsi yaradılmış və bu şöbəyə rəhbərlik Kamal Abdullayevə həvalə edilmişdi. O, uşaq uronefrologiyasının respublikada ilk yaradıcısı və təşkilatçısıdır. Respublikada ilk dəfə olaraq onun rəhbərliyi ilə "Uşaq uronefroloji xidmət" tibb sahəsi təşkil edilmiş və bugünə kimi onun inkişaf etdirilməsi üçün çox iş görülmüşdür. Uşaq urologiyası ilə yaxından məşğul olan Kamal Abdullayev 1990-cı ildə Azərbaycanda ilk dəfə olaraq respublika Uşaq Uroloji Xəstəxanasının əsasını qoymuş və hazırda məhz həmin klinika böyük inkişaf yolu keçərək artıq təkcə uşaqlara yox, yaş həddindən asılı olmayaraq daha geniş pasient kateqoriyasına “Uroloji mərkəz - Kamal Abdullayevin klinikası” adı altında xidmət göstərir. İlk dəfə olaraq bu klinikada 23 böyrəkköçürmə əməliyyatı aparılmışdır.

Dünya miqyasında tanınmış alim

Bacarıqlı cərrah 1978-ci ildə Moskvada namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, hələ Sovetlər İttifaqı vaxtı dəfələrlə Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada, Bolqarıstanda, Rusiyanın mərkəzi şəhərlərində və İran İslam Respublikasında elmi məruzələrlə çıxış etmişdir. Alimin fəaliyyəti çoxşaxəlidir. "İkitərəfli meqaureterin cərrahi müalicəsi" və "Hipospadiyanın cərrahi müalicəsi" adlı sənədli filmlərin çəkilişi onun adı ilə bağlıdır. "İkitərəfli meqaureterin cərrahi müalicəsi" adlı filminə görə Moskvada XTNS tərəfindən qızıl medala layiq görülmüşdür.



Kamal Abdullayev Avropa məkanında fəaliyyət göstərən dünya şöhrətli həmkarları ilə birgə Avropa Uroloqlar Cəmiyyətində təmsil olunur. Görkəmli alimin indiyə qədər məşğul olduğu elm sahəsinin ayrı-ayrı problemlərinə dair 4 monoqrafiyası, Azərbaycanda və xarici ölkələrdə 130-dan artıq elmi məqaləsi çapdan çıxıb. Tibb aləmində professor Kamal Abdullayev həm də yüzlərlə insan üçün amansız xəstəlikdən nicat yoluna çevrilmiş səmərələşdirici təkliflərin müəllifi kimi tanınır.

K.Abdullayev 1975-ci ildə "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilmişdir. 2001-ci ildə isə ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının əməkdar həkimi adına layiq görülmüşdür. 2004-2005-ci illərdə Səhiyyə Nazirliyinin baş uroloqu olmuşdur.

Sözsüz ki, professor Kamal Abdullayev həm də bacarıqlı təşkilatçı, təcrübəli rəhbərdir. Məhz buna görə də onun qurub-yaratdığı klinikada bu gün hər bir pasiyent mehribanlıqla, səmimiyyətlə qarşılanır. Kamal Abdullayevin klinikasındakı işgüzar mühiti, kollektivdaxili səmimi və mehriban münasibətlər, personalın peşəkarlığı və yüksək hazırlıq səviyyəsi işin səmərəliliyini təmin edən başlıca meyarlardır. Buna görə də “Uroloji mərkəz - Kamal Abdullayevin klinikası” Azərbaycanda urologiyanın bütün sahələri üzrə ən ağır və çeşidli əməliyyatların aparılması ilə fərqlənir.

aia.az
Elbrus Bağırov
Abbas Abbasov



51 028 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-10-2019
16-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031