Mobil versiya
Bloger Orduxan Teymurxan axtarışa verildi
Tarix: 07-12-2018 | Saat: 12:30
Bölmə:Cəmiyyət | çapa göndər

Bloger Orduxan Teymurxan axtarışa verildi


Hollandiyada yaşayan mühacir bloger Orduxan Teymurxan oğlu Bəbirov barədə həbsli axtarış qərarı çıxarılıb.

Məhkəmə bu qərarı prokurorluğun təqdimatı əsasında verib.

Modern.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna prokurorluqdakı mənbədən bildirilib.

Mənbənin məlumatına görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində mühacirətdə olan bir sıra şəxslər, o cümlədən sosial şəbəkələrdə “Orduxan Teymurxan” adıyla tanınan O.Bəbirov haqqında da cinayət işi başlanıb. Onun haqqında həbsli axtarış qərarının çıxarılması üçün prokurorluq Nəsimi Rayon Məhkəməsinə müraciət edib: “Noyabrın 29-da Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova bu işə baxıb və qərar çıxarıb”.

O.Teymurxan təqsirləndirilən şəxs qismində tanınıb və ona qarşı CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 220.2 (kütləvi iğtişaşlara, hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamağa çağırışlar etmə), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar - təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.


Nəsimi Rayon Məhkəməsindəki mənbə də “Azadlıq” radiosuna xəbəri təsdiqləyib.


Qanunda blogerin ittiham olunduğu maddələrdə terrorçuluğa açıq çağırışa görə 5 ilə qədər, kütləvi iğtişaşlara çağırışa görə 3 ilə qədər, dövlət əleyhinə yönəlik çağırışlara görə isə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024