Mobil versiya
Tibbi təhsilin təkmilləşdirilməsində islahatların rolu
Tarix: 06-12-2018 | Saat: 13:43
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Tibbi təhsilin təkmilləşdirilməsində islahatların rolu



Səhiyyədə yeni islahatlar, əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması məqsədilə yüksək ixtisaslı kadrların hazırlanması, infrastrukturun müasirləşdirilməsi, qanunverici bazanın təkmilləşdirilməsi Azərbaycan Səhiyyəsinin inkişaf və perspektivlərini əks etdirir. Səhiyyənin inkişaf etdirilməsi və dünya standartları səviyyəsinə yüksəlməsində ən nüfuzlu ali təhsil ocağı olan Azərbaycan Tibb Universitetinin xüsusi rolu vardır. Ölkədə yeganə ali tibb təhsili verən bu təhsil ocağında mənəvi cəhətdən saf, dövlətçiliyimizə sədaqətli, fəlsəfi erudisiyalı dəyərə malik gənc tibb mütəxəssisləri və hərbi həkimlər hazırlanır. Son illər səhiyyədə həyata keçirilən islahatlar ATU-nu da əhatə etmiş, əhalinin sağlamlığının qorunması üçün yüksək ixtisaslı tibb kadrlarınını hazırlanması məqsədilə bu təhsil ocağının qarşısına yeni vəzifələr qoymuş, yeni islahatlar aparılmasına zərurət yaranmışdır. Hər bir inkişaf etmiş dünya ölkələrinin tibb universitetlərində olduğu kimi ATU-da da dövrün tələbilə uyğun olaraq “Elektron Universitet” proqramı yaradılmışdır. Dövlət imtahanlarında məzunların bilik səviyyəsi və bacarıqları yenı formada Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan – OSKİ imtahan formasında aparılır. Imtahan zamanı yarana bilən narazılıqları dərhal və dəqiq araşdırılması üçün Universitetdə vahid apellyasiya komissiyasi yaradılmışdır. Dünya tibb təhsilinə inteqrasiya edərək, kafedralarda tədris proqramları inkişaf etmiş ölkələrin tədris proqramına uyğunlaşdırılmışdır. Bu məqsədlə “Təhsilin keyfiyyətinin təminatı sistemi haqqında Bəyannamə” qəbul edilmişdir. Bu vəzifələrin icrası və eyni zamanda nəzarətin təşkili üçün “Təhsilin keyfiyyətinin təminatı və inovasiya” şöbəsi yaradılmışdır. Universitetimizdə yüksək səviyyəli təhsil və tədris üçün müasir dövrə uyğun şərait yaradılmışdır. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2500 tələbəni qəbul etmək imkanına malikdir. Tələbələr müvafiq kurslar üzrə yay imtahan sessiyasından sonra peşə təcrübəsi keçirlər. Təcrübə bazalarına peşə təcrübəsinə göndərilən zaman Səhiyyə Nazirliyinin 10.06.2014-cü il 51 saylı və universitet rəhbərliyinin əmrinə istinad edilir. Peşə təcrübəsi Türkiyənin və Avropanın tibb fakültələrinin istehsalat təcrübə proqramlarına istinad etmək əsasında keçirilir. Tələbələr təcrübə keçmək üçün xarici ölkələrə göndərilir. Indiyə qədər Türkiyədə 1579 nəfər, Avropa ölkələrind. 356 nəfər, onun 324 nəfəri Almaniyada təcrübə keçmişdir. Tələbələrdə klinik təfəkkür tibbi bilik və təcrübi praktikanın kompleks şəkildə birləşdirilməsi ilə yaradılır. Tibbi nəzəriyyə və təcrübə birlikdə tələbədə düşünmə və idrak prosesini məntiqi quruluşuna və dərk etməyə, eyni zamanda yüksək peşəkarlıq səviyyəsinin formalaşmasına kömək edir. Universitetin fəaliyyətinə kömək etmək və nizam-intizamı nəzarətdə və diqqətdə saxlamaq məqsədilə İctimai Nəzarət və Məsləhət Şurasının Əsasnaməsi qəbul edilmişdir. ATU-da 2011-ci ildən başlayaraq tədrisdə

rezidentura pilləsinə keçid təmin olunmuşdur. 2011-ci ildən rezidenturaya qəbul başlanıb və 2013-cü ildən təhsil müddəti 2 il olan ixtisasıar üzrə ilk yekun attestasiyası keçirilmişdir. Rezidentura təhsilinin keyfiyyətinin artırılması istiqamətində uğurlu işlər davam etdirilir. 10 ixtisas üzrə rezidentura təhsil proqramları təkmilləşdirilmişdir. Rezidentlər təcrübə keçmək, klinik vərdiş və bacarıqlarını artırmaq üçün xarici ölkələrin qabaqcıl tibb müəssisələrinə, klinikalarına rotasiyalara göndərilirlər. Ölkəmizdə ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin şəbəkə infrastrukturunun AzS-cienceNet elm-kompyuter şəbəkəsinə qoşulması təmin edilmişdir. Universitetin professor-müəllim heyəti və tələbələri Avropanını müxtəlif universitetlərinə və elm mərkəzlərinə ezamiyyət zamanı bu beynəlxalq rouminq xidmətindən istifadə edirlər. Əlbəttə bu xidmətə qoşulmaqla alim, tədqiqatçə müəllim və tələbələr internetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edirlər. Beləliklə, bütün yuxarıda yazılanlar Azərbaycan Tibb Universitetində tibb təhsilinin inkişaf və perspektivləri istiqamətində uğurlu fəaliyyətini əks etdirir.

Inanıram ki, doğma ali təhsil ocağımız gələcəkdə daha yüksək zirvələri fəth edəcəkdir. Hər bir məzun kimi mən də fəxr edirəm ki, belə bir nüfuzlu ali təhsil ocağında təhsil alıb, həkim ixtisasına yiyələnmişəm və hal-hazırda orada ləyaqətlə çalışıram.

Hacıyeva Nərgiz, t.ü.f.doktoru

ATU II. Uşaq xəstəlikləri kafedrası.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024