Mobil versiya
Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirildi
Tarix: 5-12-2018, 16:59 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirildi


Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş idarəsinin rəisi general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olan Amerika Bİrləşmiş Ştatları Müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibli “İkitərəfli Hərbi Məsləhətləşmələr” keçirilib.



Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan-ABŞ hərbi əlaqələrinin genişləndirilməsi, təhlükəsizlik, hərbi təhsil, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda həyata keçirdiyi qeyri-döyüş missiyasına verdiyi töhfə və digər qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.


L.Kuper Əfqanıstanda keçirilən “Qətiyyətli Dəstək” missiyasında sülhməramlılarımızın nümunəvi xidmətini xüsusi qeyd edib.
Regiondakı vəziyyət haqqında qonaqlara ətraflı məlumat verilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasının vacibliyi vurğulanıb



aia.az



5189 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-05-2019
23-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}