Mobil versiya
Bakıda gilasın bir kilosu 98 manatdır - FOTO
Tarix: 26-12-2015 | Saat: 15:05
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


“Hazırda marketdə satılan gilasın qiyməti azı 2 dəfə bahalaşdırılıb”.

Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində 30-80 faiz bahalaşma müşahidə olunur.

Aia.az hafta.az-a istinadən xəbər verir ki, dolların məzənnəsi qalxdıqdan sonra bütün ölkə boyu qiymət artımı davam etməkdədir. Bakıda “Sahil” metro stansiyasının yaxınlığında yerləşən dükanların birində isə yay meyvəsi olan gilasın 0,492 kiloqramı 48,22 azn-ə satışa çıxarılıb. Bir kilosu isə 98 manat hesablanır.

Dükanın daimi müştərisi olan Bakı sakininin verdiyi məlumata görə, marketdə yay meyvələrinə əvvəl də rast gəlinirdi, amma indiki qiymətə yox:

“Hazırda marketdə satılan gilasın qiyməti azı 2 dəfə bahalaşdırılıb. Bahalaşma bütün ərzaq məhsulları və meyvələrində müşahidə olunur”.

Satıcıların bildirdiyinə görə, məhsulları onlara firmalar baha qiymətə satırlar.

Qeyd edək ki, ölkəmizin bir sıra rayonlarında yay meyvələrinin qoruyub, qış aylarında satışa çıxarılması üçün xüsusi soyuducular hazırlanıb. Göründüyü kimi, bu soyuducular qiymətlərin enməsinə heç bir təsir göstərə bilməyib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024