Mobil versiya
Əli Həsənov: “Bir məmurun dövlət dilini bilməməsi onun qəbahətidir”
Tarix: 5-12-2018, 12:38 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Əli Həsənov: “Bir məmurun dövlət dilini bilməməsi onun qəbahətidir”


Azərbaycanın dövlət dilini qorumaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan, dövlət idarəçiliyində iştirak edən məmurlarla yanaşı, akademik strukturlarda təmsil olunan akademiklərin, alimlərin, institutların elmi işçilərin üzərinə düşür.

aia.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə həsr olunmuş konfransda deyib.

Ə.Həsənov bildirib ki, əlbəttə, Azərbaycan dili bütün təhsil müəssisələrində, eləcə də kütləvi informasiya vasitələrində qorunmalıdır.

Prezidentin köməkçisi qeyd edib ki, hər bir məmurun xarici dili yüksək səviyyədə bilməsi onun üstünlüyüdür, amma dövlət dilini bilməməsi və o dildə danışmaması onun qəbahətidir:

"Məmur xarici dili bilmirsə, əlbəttə, bu onun çatışmazlığıdır. Xarici dili bilmək məmura əlavə üstünlük verir, amma bilməməsi qəbahət sayılmır, qəbahət dövlət dilini bilməməkdir. Bu, ziyalılara, jurnalistlərə də aiddir”.


aia.az



5164 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-05-2019
23-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}