Mobil versiya
Yol polisləri hamilə qadını xilas etdilər - FOTO
Tarix: 04-12-2018 | Saat: 17:20
Bölmə:Cəmiyyət | çapa göndər

Yol polisləri hamilə qadını xilas etdilər - FOTO




Dünən gecə saatlarında Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az-a verilən məlumata görə, Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən qəzaya uğrayıb. Dərhal hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanov və Samir Cabbarlı hamilə qadının avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər.

Ona dərhal kömək edib başqa bir avtomobilə əyləşdirib, YPX-nin avtomobilləri ilə müşayiət etməklə onu vaxtında xəstəxanaya çatdırıblar. Həkimlər ona vaxtında köməklik göstərib və oğlan uşağı dünyaya gəlib. Qadının yaxın qohumları göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər iki polis əməkdaşlarının şərəfinə Samir adı qoyulacağını deyiblər. Hazırda ana və övladının vəziyyəti qənaətbəxşdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024