Mobil versiya
“Qızıl top” mükafatının sahibi məlum oldu
Tarix: 4-12-2018, 11:23 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

“Qızıl top” mükafatının sahibi məlum oldu


FIFA və “France Football” jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibinin adını açıqlayıb.

aia.az xəbər verir ki, “Qızıl top” mükafatına Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç layiq görülüb. O, səsvermə nəticəsində "Atletiko Madrid" klubunun hücumçusu Antuan Qrizmanı, "Çelsi" komandasının forvardı Edən Hazardı və portuqaliyalı Kriştiano Ronaldonu ("Yuventus") qabaqlayıb.

Beləliklə, karyerasında ilk dəfə bu mükafatı qazanan L.Modriç 2008-ci ildən bəri davam edən Messi – Ronaldo hegemoniyasına da son qoyub.

L.Modriç 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının son qalibidir.

Mərasimdə, həmçinin FIFA tərəfindən bu il ilk dəfə olaraq ən yaxşı gənc (20 yaşa qədər) və qadın futbolçuya da mükafatlar təqdim edilib. Ən gənc kişi futbolçusu nominasiyasında qalib Fransanın PSJ komandasının hücumçusu Kilyan Mbappe olub. Ən yaxşı qadın futbolçu adına isə Fransanın "Lion" klubunun hücumçusu Ada Heqerberq layiq görülüb.

Qeyd edək ki, "France Football” jurnalı 1956-cı ildən etibarən ilin ən yaxşı futbolçusunu təltif edir. Bu mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub. Kriştiano Ronaldo və Lionel Messi mükafatı ən çox qazanan futbolçulardır. Onlar hərəyə beş dəfə “Qızıl top”a sahib olublar.

"Qızıl top" mükafatını ötən il K.Ronaldo qazanmışdı.

aia.az



52 795 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}