Mobil versiya
Bakıda çiskinli yağış gözlənilir
Tarix: 25-12-2015 | Saat: 14:55
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Rayonlarda mülayim qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın əsasən dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Gündüz cənub-qərb küləyi axşama doğru arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Aia.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15 dərəcə, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024