Mobil versiya
Deputat: “Azərbaycan qadınından danışanda öncə Mehriban Əliyevanı qeyd etməliyik”
Tarix: 03-12-2018 | Saat: 12:43
Bölmə:Manşet / Gündəm | çapa göndər

Deputat: “Azərbaycan qadınından danışanda öncə Mehriban Əliyevanı qeyd etməliyik”


Bu gün Azərbaycan qadınları dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. Deputat bildirib ki, Azərbaycan qadını haqqında danışanda ilk növbədə birinci vitse-prezident Mehriban Əliyevanı xüsusilə qeyd etmək lazımdır:

"Azərbaycanda əhalinin 50,2 faizini qadınlar təşkil edir. Hazırda 1 vitse-prezident, 5 nazir müavini (iqtisadiyyat, mədəniyyət, səhiyyə, kənd təsərrufati), 1 dövlət komitəsinin (Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) sədri və onun 2 müavini, 1 Dovlət İmtahan Mərkəzinin sədri, 5 ali təhsil müəssisəsinin rektoru (Slavyan, İncəsənət, Memarlıq və İnşaat, Lomonosov adına Moskva Dovlət Universitetinin Baki filialı, Azərbaycan Universiteti), Naxçıvan və Azərbaycan Respublikasının Ombudsmanı postları qadınlara tapşırılıb.

Deputat qadınların Milli Məclisdəki iştirakından da danışıb: "2005-ci il seçkiləri nəticəsində qadın deputatların faiz nisbəti 11 faiz idisə, bu rəqəm 2015-ci ildə 16-ya qalxıb. Onu da qeyd etməliyəm ki, Milli Məclis sədrinin müavini və 2 komitə sədri qadındır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024