Mobil versiya
Şəkidə 2 qardaşın bir bacısından təhlükəli addım
Tarix: 03-07-2015 | Saat: 13:32
Bölmə:Səhiyyə / Aia TV / Karusel | çapa göndər

Şəkidə 2 qardaşın bir bacısından təhlükəli addım
17 yaşlı qız gecə bıçağa əl atdı
Ötən gecə Şəkidə 17 yaşlı qız bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Aia.az -ın məlumatına görə, hadisə rayonun Böyük Dəhnə kəndində baş verib. Kənd sakini 1998-ci il təvəllüdlü Təranə İslam qızı Məmmədova qarın nahiyyəsindən aldığı bıçaq xəsarətilə ağır vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlər dərhal xəstəya yardım göstəriblər və onun həyatı xilas olunub.

Qızın anasının sözlərinə görə, Təranə Məmmədova özü-özünü bıçaqlayıb. Qız anası ilə mübahisə etdikdən sonra mətbəxtə gedib və oradan bıçaq götürərək özünü yaralayıb.

Təranə Məmmədova evin yeganə qızıdır. Onun iki qardaşı var. Ailə başçısı isə Rusiya Federasiyasında işləyir.

T.Məmmədovanın uzun müddətdir əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Qızın dindirilməsindən sonra onun bıçaqlanma səbəbləri dəqiq məlum olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024