Mobil versiya
Uşaqlara siqaret satanlar CƏRİMƏLƏNDİ
Tarix: 01-12-2018 | Saat: 12:43
Bölmə:Gündəm | çapa göndər

Uşaqlara siqaret satanlar CƏRİMƏLƏNDİ



Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, noyabrın 30-da nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin, Suraxanı və Sabunçu Rayon Polis idarələrinin əməkdaşları həmin rayonların ərazisində tədbirlər keçiriblər.

Reydlər nəticəsində Suraxanı rayonu ərazisində 4, Sabunçu rayonu ərazisində isə 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib. Həmin mağazaların 6 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokollar tərtib edilib, həmin şəxslər müvafiq qaydada cərimə olunublar.

Bu istiqamətdə reydlər davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024