Mobil versiya
Xırdalanda quruculuq işlərinin dinamikası yüksəlib
Tarix: 30-11-2018 | Saat: 12:01
Bölmə:Manşet | çapa göndər

Xırdalanda quruculuq işlərinin dinamikası yüksəlib



Son bir neçə ildə Ölkə Prezidentinin birbaşa təşəbbüsü ilə Abşeron rayonu ərazisində bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmişdir

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2014-cü il 27 fevral tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Bu gün icrası artıq başa çatmaq üzrə olan bu Dövlət Proqramının reallaşdırılması nəticəsində ötən illər ərzində ölkə iqtisadiyyatının inkişafında dinamiklik və sabitlik təmin olunmuş, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, ən nəhayət, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin azaldılmasında müstəsna nailiyyətlər əldə edilmişdir. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən son dərəcə uğurlu sosial-iqtisadi siyasət nəticəsində əldə olunmuş dinamik iqtisadi inkişaf Azərbaycanın ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biri olan Abşeronun hərtərəfli inkişafı üçün daha geniş imkanlar yaradıb. Qeyd olunmalıdır ki, Abşeron RİH-nin rəhbərliyi də yaranmış imkanları son dərəcə səmərəli şəkildə dəyərləndirərək, rayonun inkişafı üçün kifayət qədər böyük işlər görmüşdür.




Abşeronda məqsədli investisiyalardan bacarıqla istifadə olunur

Artıq uzun müddətdir ki, Abşeron rayonunda əksər sahələrin fəaliyyətində davamlı olaraq böyük canlanma müşahidə olunmaqdadır. Abadlıq işləri, əhalinin sosial-məişət problemlərinin həlli, yeni təhsil və səhiyyə müəssisələrinin tikintisi və yolların rekonstruksiyası istiqamətində görülən işlər sakinlərin də böyük razılığına səbəb olub. Rayonun bugünkü yeniləşmə və yüksəliş yoluna çıxmasının təməlində hər şeydən əvvəl iqtisadi sahədə qazanılan nailiyyətlər, artan maddi imkanlar dayanır. Qeyd etmək lazımdır ki, rayonda dövlət köməyindən, məqsədli investisiyalardan, özəl təşəbbüslərdən də bacarıqla istifadə olunur. Son bir neçə ildə Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində Abşeron rayonu ərazisində mühüm infrastruktur layihələri həyata keçirilmiş, möhtəşəm tikililərin təməli qoyulmuş və uğurla başa çatdırılmışdır. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, uşaq bağçaları, yollar, yol ötürücüləri və yol qovşaqları, idman qurğuları, parklar, inzibati binalar rayonun simasını tamamilə dəyişmişdir.



Rayon rəhbərliyinin məqsədyönlü fəaliyyəti öz səmərəsini verir

Bu gün Abşeron rayonunun kənd və qəsəbələri, Xırdalan şəhəri günbəgün gözəlləşir. Rayonda davamlı olaraq yeni, müasir infrastruktur layihələri həyata keçirilir. Küçələr, yollar, parklar abadlaşdırılır və yeniləri salınır. Sevindirici haldır ki, abşeronlular da bütün bu proseslərə hər zaman böyük ruh yüksəkliyi ilə qatılırlar. Birmənalı olaraq demək lazımdır ki, Abşeron rayonu bu gün sürətli və geniş quruculuq yolundadır. Bunu son illərin sosial-iqtisadi inkişaf göstəriciləri, statistik rəqəmlər də təsdiqləyir. Hazırda regionlarımızın sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət Proqramları Abşeron rayonunda da uğurla həyata keçirilməkdədir. Əlbəttə ki, bu proseslər ilk növbədə Abşeron Rayon İcra Hakimiyyətinin səmərəli və məqsədyönlü fəaliyyəti sayəsində təmin olunurlar. Bu məqsədlə rayonun bütün potensialı səfərbər edilib. Əbəs yerə deyildir ki, rayon ictimaiyyəti, bütün abşeronlular Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin effektiv icrası baxımından fəaliyyətini çox yüksək qiymətləndirirlər. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində oktyabr ayının 17-də keçirilmiş və 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş RİH-nin hesabat yığıncağında da vurğulanmışdır ki, hesabat dövründə rayonda abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin elektrik enerjisi, içməli su, kanalizasiya, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb.



Xirdalanda inkişaf yeni dinamika alıb

Məlum olduğu kimi, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 03 avqust 2017-ci il tarixli əmri ilə Yusubov Rafiq Möylə oğlu Abşeron Rayon İcra Hakimiyyəti başçısının Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib. Yerli sakinlərin ümumi rəyinə görə, məhz bu təyinatdan sonra Xirdalanda inkişaf dinamikası daha da sürətlənib. Təqdim olunan məlumatlarda bildirilir ki, cari ilin ilk doqquz ayı ərzində Xırdalan şəhərində 30 binanın dam örtüyü, 14 binanın fasadı, 12 binanın pilləkən qəfəsəsi və kanalizasiya xətləri əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Həmçinin Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhərində nümunəvi məhəllələrin yaradılması istiqamətində prinsipial mövqeyi, eləcə də RİH-nin Xırdalan şəhəri üzrə nümayəndəliyinin ciddi səyləri nəticəsində bu istiqamətdə də çox böyük işlər görülmüşdür. Ötən 9 ay ərzində binaların həyətlərində park və uşaqların əyləncəsi üçün meydançaların yaradılması istiqamətində işlər davam etdirilmişdir. 27-ci məhəllədə 3952 p/m bardür, 800 m2 tamet düzülmüş, 8000 m2 asfalt örtüyü salınmış, 3 bulaq inşa olunmuş, 34 ədəd karusel və idman qurğusu, 5 ədəd söhbətgah və 100 ədəd oturacaq, 28-ci məhəllədə 10 ədəd söhbətgah və 30 ədəd oturacaq quraşdırılmışdır. Şəhərin Rəşid Behbudov küçəsində əlillər üçün inşa edilmiş binaların qarşısında sakinlərin asudə vaxtlarını keçirməsi üçün park salınmışdır.

aia.az
Elbrus Bağırov
Elman Hüseynov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024