Mobil versiya
Aktyorla məktəb direktoru arasındakı insidentə görə cinayət işi başlanıb
Tarix: 29-11-2018 | Saat: 17:41
Bölmə:Cəmiyyət | çapa göndər

Aktyorla məktəb direktoru arasındakı insidentə görə cinayət işi başlanıb



Bakıda aktyor Rza Rzayevlə məktəb direktoru Tural Mirzəliyev arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə “Report”un sorğusuna cavabında bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, hazırda Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə aktyor Rza Rzayevin 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsinə dair məlumatlar və görüntülər yayılıb.

Həmin görüntülər əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb, müvafiq ekspertizalar təyin edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024