Mobil versiya
Bakıətrafında daş karxanalarına qarşı “müharibə” - Daha 14-nün fəaliyyəti dayandırılı
Tarix: 28-11-2018 | Saat: 11:08
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bakıətrafında daş karxanalarına qarşı “müharibə” - Daha 14-nün fəaliyyəti dayandırılı


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan monitorinqlərin davamı daş karxanalarında olub.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən aia.az-a verilən məlumata görə, belə torpaqlarda təyinatına zidd olaraq və sənədsiz tikintilərin aparılmasının və torpaqların üst münbit qatının korlanmasının qarşısı alınır.

Monitorinq zamanı məlum olub ki, müvafiq qurumlar tərəfindən ayrı-ayrı vaxtlarda karxana fəaliyyəti üçün qeyri-qanuni olaraq torpaq sahələri ayrılıb. Karxanalar tərəfindən həmin torpaq sahələrinin məqsədli təyinatı özbaşına dəyişdirilərək mişar daşı istehsal olunur. Baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

Bundan başqa Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaradılmış 14 karxananın fəaliyyətində də pozuntu halları aşkar olunub, xəbərdarlıq edilərək işlər dayandırılıb.

“Belə karxanaların fəaliyyəti nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanır, kənd təsərrüfatına yararlı torpaq sahələri əkin dövriyyəsindən çıxarılır, onların əvvəlki təyinatı üzrə istifadəsi qeyri-mümkün olur. Belə torpaqların rekultivasiya (bərpa) edilərək əvvəlki vəziyyətinə gətirilməsi böyük vəsaitlər tələb etdiyindən dövlətə və vətəndaşlara, həmçinin kənd təsərrüfatının inkişafına ciddi ziyan dəyir.

Qeyd edilməlidir ki, cari ildə respublikada mövcud olan 588 daş, qum-çınqıl karxanasından 256-sı tərəfindən torpaq qanunvericiliyinin tələbləri pozulduğuna görə fəaliyyəti dayandırılmışdır. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokollar 155 karxana barədə yazılaraq cərimə tətbiq olunub. 55 karxanada zəbtolunma halı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib”,-deyə Dövlət Komitəsindən bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024