Mobil versiya
Pensiya qanununa dəyişikliyin detalları məlum oldu - Ekspert ŞƏRH ETDİ
Tarix: 27-11-2018 | Saat: 12:13
Bölmə:İqtisadiyyat | çapa göndər

Pensiya qanununa dəyişikliyin detalları məlum oldu - Ekspert ŞƏRH ETDİ



Yaşa görə pensiyaya çıxmaq üçün tələb olunan minimum staj tələbinin dəyişdirilməsi ilə bağlı qanunvericiliyə təklif olunan təklifin detalları məlum olub.

Bu barədə Modern.az-a danışan tanınmış iqtisadçı Rövşən Ağayev həmin detallara aydınlıq gətirib.

R.Ağayev qeyd edib ki, hazırkı qaydaya görə, tələb olunan pensiya yaşına çatan şəxslər (hazırda kişilər üçün 63, qadınlar üçün 60) üçün 2 tələbdən biri ödənməlidir:

1) ya ən azı 25 il sığorta stajı olmalı;


2) ya da pensiyaya çıxmaq üçün müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının həcmi minimum pensiya almağa imkan verməlidir. Hazırda minimum pensiya 110 manatdır. Bu məbləğin yaranması üçün, şəxsin pensiya kapitalının həcmi hazırkı dövrə 15840 manat olmalı idi.
Hazırkı reallıqda minlərlə insanın bu tələbi ödəyə bilmədiyindən pensiyasız qalmaq riski böyük idi.


Yeni dəyişiklik isə belədir: Pensiya yaşına çatmış şəxsin məbləğindən asılı olmayaraq 2018-ci il 1 iyul tarixinə sığorta hesabında pensiya kapitalı varsa, həmin şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı avtomatik olaraq 25 ilə barabər götürələcək. Pensiya kapitalı isə əvvəlki əmsal-məbləğ əsasında hesablanacaq. Yəni 2006-cı ilin yanvarın 1-dək olan staj illərinin sayı 306 manata vurulacaq və bu şəxsə 7650 manat pensiya kapitalı qazandıracaq.


2005-ci ildən sonrakı dövr üçün isə pensiya kapitalının ümumi həcmi belə hesablanır:

1) 2006 yanvar-2017-ci ilin iyun tarixində toplanmış sığorta kapitalı 80% arıtırılır, ümumi məbləğ gözlənilən pensiya ödənişi müddətinin sayına bölünür;


2) 2017-ci iyul-2018-ci ilin dekabrınadək toplanmış sığorta kapitalının 90%-i götürülür və alınan rəqəm yenə ümumi məbləğ gözlənilən pensiya ödənişi müddətinin sayına bölünür;


3) 2005-ci ilin sonunadək müəyyən edilən 7650 manat da nəzərə alınmaqla 2006-2018-ci illərdə toplanan kapitalın həcmi ümumi məbləğ gözlənilən pensiya ödənişi müddətinin sayına bölünür və pensiyanın həcmi tapılır.

Bir sözlə 25 illik staj tələbi həll edildi, amma vacibdir ki, 2018-cil ilin iyul ayınadək fərdi hesabda qeydə alınmış pensiya kapitalı olsun.

Yeri gəlmişkən bu qayda 2019-2020-ci ilərdə yaşa görə pensyaya çıxanlara aiddir. 2021-cii ildən başlayaraq isə 25 illik güzəşt hər il 1 il azaldılacaq. Məsələnə, 2025 ci ildə artıq 2006-cı ilə qədər sığorta stajı 25 il yox, 20 il götürüləcək. Yerə qalan 5 ilin isə 2006-cı ildən sonrakı dövrdə qazanılması vacibdir”.



Ekspert deyib ki, yeni dəyişikliklə sığorta stajı məsələsi demək olar həllini tapır:


“Qaldı pensiya yaşı. İndiki orta ömür uzunlğu ilə müqayisədə 65 yaş kişilər üçün yüksəkdir. Ən azından 2030-cu ilə qədər 63 yaş səviyyəsində saxlanması məqbuldur. Bir də müəyyən peşə xəstəliyi tutmaq riski yüksək olan sahələr var ki, onların da erkən pensiyaya çıxmaq hüququ tanınmalıdır. Bu xüsusən müəllimlərə aiddir. Məsələn, minimum 35 il staj toplayan müəllimləri, özləri istədikdə pensiyaya çıxarmaq mümkündür. Amma burda vacub məsələlərdən biri odur ki, müəllimlərin pensiyası onların aylıq maaşına fazilə bağlansın və həbçilərdə, deputatlarda, məmurlarda olduğu kimi maaşların 70-80%-dən az olmasın. Bir Türkiyədə olduğu kimi onlara hesablanmış pensiyanın 1 illiyi həcmində birdəfəlik müavinət verilsin”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024