Mobil versiya
Deputat Nazirlər Kabinetinin hazırlıq qrupları ilə bağlı qərarını şərh etdi
Tarix: 27-11-2018 | Saat: 11:56
Bölmə:Siyasət | çapa göndər

Deputat Nazirlər Kabinetinin hazırlıq qrupları ilə bağlı qərarını şərh etdi



Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası”nı təsdiqləyib.

Qərara əsasən yeni “İctimai təhlükəsizlik və idarəetmə”ixtisası da yaradılıb.

Bəs hazırlıq qruplarının təşkilinin əhəmiyyəti nə olacaq?

Yaranan yeni ixtisas hansı sahə üzrə mütəxəssislər yetişdirə bilər?



Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə Modern.az-a açıqlamasında deyib ki, yeni hazırlıq qruplarının yaradılmasının əhəmiyyəti böyükdür.

“Kifayət qədər uğurlu nəticə göstərməyən şəxslər hazırlıq qrupları nəticəsində biliklərini artıra bilərlər. Müvafiq ödənişlər ödəməklə əlavə biliklər əldə edərək universitetlərə hazırlaşa bilərlər. Gələcəkdə uğurlu ödənişli kurslar vasitəsilə öyrəndiklərini təsdiq etməklə tələbə adına sahib olarlar. Düşünürəm ki, yeniliyi ancaq alqışlamaq olar. Çünki bu yenilik nə qədər insanın yoluna işıq sala bilər”



Deputat yeni ixtisasla bağlı da danışıb.



“Yeni ixtisasın yaradılması ictimai həyat və menecerlərin hazırlanması üçün bir vasitədir. Dövlətin idarəedilməsində yeni sahələr üçün bu ixtisasa ehtiyac var. Zənnimcə, bu cür ixtisasların yaranması yeni həyata uyğun olaraq müvafiq menecerlər təbəqəsi yaratmalıdır. Təbii ki, söhbət siyasi, biznes, ictimai menecerlərdən gedir. Bunların yaradılması ilə idarəetməni öyrənən mütəxəssislər yetişdirmək olar”



Qeyd edək ki, Nazirlər Kabinetinin digər qərarı ilə “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib.



Qərara əsasən, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na yeni ixtisas adı daxil edilib.

Qərarla “Bakalavriat səviyyəsi üzrə” bölməsinə “XTB050109 Sərhəd təhlükəsizliyi və idarəetmə” sətrindən sonra “XTB050110 İctimai təhlükəsizlik və idarəetmə” sətri əlavə edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024