Mobil versiya
Rusiyalı məmur qızı Parisdəki aksiyaçıları “zombi” adlandırdı
Tarix: 26-11-2018 | Saat: 17:47
Bölmə:Aia TV / Dünya | çapa göndər

Rusiyalı məmur qızı Parisdəki aksiyaçıları “zombi” adlandırdı



Parisdə yanacağın bahalaşmasına qarşı etirazlar davam edir.



Modern.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun qızı Yelizaveta Peskova aksiyaların mərkəzinə gəlib. O, etirazçıları öz İnstagram-da özünəməxsus şəkildə təhqir edib.



“Parisdə ola-ola baş verənlərin şahidi olmamaq mümkün deyil. Black Friday (Qara cümə). Fransızlar üçün “Qara cümə” doğurdan da qara gəldi. Sarı jiletlər geyinmiş minlərlə şəxs ölkədə yanacaq qiymətlərinin bahalaşması və ümumiyyətlə, prezident Makronun siyasətinə qarşı etiraz aksiyaları keçirir. Fransızlar adəti üzrə tətilə başlayaraq hakimiyyət tərəfindən eşidilmək istəyirlər. Paris qaçdı-tutdu oynamaq üçün meydana çevrilib. Və bu meydanda heç də həmişə polis tutan tərəf deyildi. Yürüş öz quyruğunun arxasınca düşən sarı ilan rolunu oynayırdı. Qərbi Avropanın əsas küçəsində necə də dəhşətli qarışıqlıq var! Gecə bütün bunlar “Zombi Apokalipsis” oyununu xatırlatmağa başladı. Yol gedə-gedə hansı küncdən sənə polis ya etirazçının hücum edəcəyini bilmək olmur. Hər şey bir-birinə qarışmışdı – bələdiyyə binasına borudan nəcis tökən fermerlər, “Louis Vitton”, “Givenchy” və digər dünya brendlərinin dağıdılmış vitrinləri, bütün istiqamətlərə hərəkət edən avtomobillər, velosipedçilər, əlil arabaları, protezlər, uçan barrikadalar, itlərini gəzdirən yaşlı nənələr, turistlərlə dolu musiqili arabalar, Parisin həftəsonu romantikasını kameraya çəkən çinlilər, Molotov kokteylləri, gözyaşardıcı qaz, dağılmış maşınlar, vitrinlər, yanan küçələr və bu fonda yenicə düzülmüş Milad dekorasiyaları. Şəhər bütünlüklə qırmızı işıqlar içində idi. Xalqın öz etirazını bildirməsi zordu amma bunun sonda nəyə gətirib çıxaracağı bilinmir. Mənim “stori”lərimi hadisənin episentrindən izləməkdə davam edin”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024