Mobil versiya
Prezident Hikmət Hacıyevə yüksək vəzifə verdi - SƏRƏNCAM
Tarix: 26-11-2018 | Saat: 17:38
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident Hikmət Hacıyevə yüksək vəzifə verdi - SƏRƏNCAM


Prezident İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Modern.az-ın məlumatına görə, Hikmət Hacıyev sentyabr 2014-sentyabr 2018-cil tarixlərində Xarici İşlər Nazirliyində mətbuat katibi postunda çalışıb. Son təyinatadək isə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsində müdir müavini vəzifəsini tuturdu. O, 2018-ci ilin sentyabrında həmin posta aparılmışdı.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin əvvəlki müdiri Novruz Məmmədovun Baş nazir təyin olunmasından sonra həmin vəzifə boş qalırdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024