Mobil versiya
Vasif Talıbov Naxçıvanın baş gömrükçüsünü işdən çıxardı
Tarix: 26-11-2018 | Saat: 17:12
Bölmə:Manşet / Gündəm | çapa göndər

Vasif Talıbov Naxçıvanın baş gömrükçüsünü işdən çıxardı



Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

BakuPost-un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən Asəf Məmmədov Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, V. Talıbovun bu gün vəzifəsindən azad etdiyi A. Məmmədovla çox yaxın münasibətləri olub. Məlumata görə, onlar tələbə yoldaşı və dost olublar, Hətta bir otaqda qalıblar. Buna görə də onun işdən azad olunması bir qədər gözlənilməz olub.

Güman olunur ki, A. Məmmədova daha yüksək vəzifə veriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024