Mobil versiya
Eldar Əzizov zeytun bağı ətrafındakı hasarı sökdürdü - BŞİH-dən açıqlama/ VİDEO
Tarix: 26-11-2018 | Saat: 15:07
Bölmə:Ölkə | çapa göndər

Eldar Əzizov zeytun bağı ətrafındakı hasarı sökdürdü - BŞİH-dən açıqlama/ VİDEO



Noyabrın 24-də Sabunçu rayonun 1-ci Zabrat qəsəbəsin, 18 Oktyabr küçəsindəki zeytun bağı ətrafına çəkilmiş qanunsuz hasar artıq sökülüb.

Bunu BakuPost-a açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

İ. Kərimov deyib ki, məsələ barədə mətbuatda məlumat yer aldıqdan sonra dərhal hasarın sökülməsi ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin müvafiq qurumlarına tapşırıq verilib: "Bağın ətrafındakı hasar dərhal söküldü. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommuünal Təsərrüfatı Departamenti tərəfində söküntü qalıqları da yığışdırıldı”.

İ. Kərimov ərazinin kim tərəfindən hasarlanması məsələsinin araşdırılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Sabunçu rayon İcra Hakimiyyətinə tapşırıq verildiyini də nəzərə çatdırıb.

Söküntü prosesinin qısa videosunu təqdim edirik:

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024