Mobil versiya
Bu il Azərbaycanda 11 mindən artıq ailə dağılıb
Tarix: 24-11-2018 | Saat: 11:53
Bölmə:Ölkə | çapa göndər

Bu il Azərbaycanda 11 mindən artıq ailə dağılıb



Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 45 977 nikah qeydə alınıb. aia.az “Trend”ə istinadən xəbər verir ki, bu müddətdə qeydə alınan boşanma hallarının sayı isə 11 102 olub.



Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.



Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar veriblər.



Ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.



Boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır. Lakin nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı da çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.



2017-ci ildə boşanan 5 398 cütlüyün nikahı 5 ilədək, 3 948-nin nikahı 9 ilədək, 5 168-nin nikahı 10 il və daha çox davam edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə