Mobil versiya
Baş naziri güllələyib dövlət çevrilişi etmək istəyən Popovun əsl kimliyi üzə çıxdı
Tarix: 23-11-2018 | Saat: 11:56
Bölmə:Cəmiyyət | çapa göndər

Baş naziri güllələyib dövlət çevrilişi etmək istəyən Popovun əsl kimliyi üzə çıxdı


Rusiya Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi, general-polkovnik İqor Korobovun “uzun sürən ağır xəstəlikdən sonra” öldüyü elan olunandan sonra bu kəşfiyyat strukturunun son illərdəki daha bir uğursuz xarici əməliyyatına rəhbərlik edən əməkdaşı deşifrə edilib.



Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, “Bellingcat” və “The İnsider” saytları 2016-cı ildə Monteneqroda baş tutmamış dövlət çevrilişinin iştirakçılarından birinin əsl kimliyini üzə çıxarıblar. Bu, “Vladimir Popov” kimliyi ilə fəaliyyət göstərən Vladimir Moiseyevdir və QRU-nun kadr əməkdaşıdır.

Jurnalistlər araşdırıblar ki, Vladimir Nikolayeviç Moiseyev 1980-ci ildə Kurqan vilayətinin Pivkino kəndində anadan olub. Yerli kənd məktəbində oxuyub və orduda xidmətə gedib, Tümen ali hərbi-mühəndis komandir məktəbinə daxil olub və leytenant rütbəsi ilə məktəbi bitirib. 2006-2009-cu illərdə Moiseyev Moskvada QRU-nun xüsusi təyinatlı hərbi hissəsində (48427 nömrəli HH) hazırlıq keçib. Həmin xüsusi təyinatlı hərbi hissə 2008—ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsində iştirak edib.

2009-cu ildə Moiseyev Vladimir Popov adına sənədlərlə təchiz edilib, polkovnik rütbəsinə qədər yüksəlib və onun 2015-ci ilə qədər hərbi hissənin yataqxanasında yaşadığı məlumdur. Sonra isə Moskvanın prestijli Cənub-Qərb dairəsinə-Çeremuşki rayonuna köçüb. Onun qonşusu Britaniyanın Solsberi şəhərində keçmiş QRU polkovniki Sergey Skripalı zəhərləyən QRU əməkdaşlarından biri “Aleksandr Popov” olub. Hər iki QRU polkovnikinin mənzilləri onların arvadlarının və uşaqlarının adına qeydiyyatdadır.



Popov adı altında Moiseyev müntəzəm olaraq Avropaya uçub, bu zaman “Marine İnsurance Journal” adlı jurnalın fotomüxbiri və jurnalisti vəsiqəsindən istifadə edib. Məlum olub ki, Moiseyev 2012-2016-cı illərdə Polşa, Bolqarıstan, Ukrayna, Moldova, Yunanıstan və Serbiyada səfərlərdə olub. Habelə öz adından görkəmli dəniz səyyahları barədə qeydlər dərc etdirib. Bu qeydlər hazırda fəaliyyət göstərməyən saytda yerləşdirilib.



Məhz “Marine İnsurance Journal”ın əməkdaşı kimi Popov 2016-cı ilin oktyabrında Serbiyaya, dövlət çevrilişini hazırlamağa gedib. Moldovada isə onun Qaqauz bölgəsində iğtişaşlar təşkil etdiyini deyirlər.

Araşdırmalar üzə çıxarıb ki, Moiseyev Polşada olanda Çernoqoriyadakı dövlət çevrilişi cəhdinin daha bir iştirakçısı-QRU əməkdaşı Eduard Şirokov Rusiyanın Varşavadakı səfirliyində işləyirdi. Bolqarıstanda isə Çernoqoriya polisinin aşkar etdiyi məlumatlara görə Popovun qrupu şifrəli rabitə ilə işləyən telefonlar alıblar.

2011-2013-cü illərdə Popov Avropaya və Gürcüstana səfərləri barədə“VKontakte” sosial şəbəkəsində tez-tez şəkillər paylaşıb, bu səfərlərin guya hərbi-dəniz tematikası ilə bağlı konfranslarda iştirak məqsədi daşıdığını bildirib. Lakin 2017-ci ilin martında Popov sosial şəbəkələrdən “itib”, həmin vaxt o İnterpol xətti ilə axtarışda idi.



Jurnalistlər Popovun “KİA Ceed” markalı avtomobilinin də olduğunu üzə çıxarıblar. Məlum olub ki, onun sürət həddini aşmağa görə 10 ödənilməmiş cəriməsi var.

Popovun Moiseyev olduğunu jurnalistlər həm də kəşfiyyatçının öz axmaqlığı üzündən aşkar edə biliblər. O, elementar konspirasiya qaydalarına əməl etməyib. Belə ki, məlumat bazasında Moiseyevin “Subaru Outback” avtomobilinə malik olduğu göstərilir, orada göstərilmiş telefon nömrəsi isə “KİA Ceed” markalı avtomobilin sahibi Popova məxsusdur.

Monteneqroda dövlət çevrilişi cəhdi 2016-cı il oktyabrın 16-na, parlament seçkiləri gününə planlaşdırılırdı. QRU əməkdaşlarının rəhbərlik etdiyi silahlı qrup parlamenti ələ keçirməyi, baş nazir Milo Cukanoviçi güllələyib öldürməyi nəzərdə tutub. Qrup rusiyameylli müxalifətin seçkilərdə qələbəsini elan etməyə və Monteneqronun xarici siyasət kursunu dəyişdirib NATO-ya üzvlükdən imtina etməsinə nail olmaq istəyirdi. Qrup üzvlərindən üçü-Rusiya vətəndaşları Serbiyada həbs olunub. Qrup ifşa olunandan dərhal sonra Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təcili Serbiyaya gedib və həmin şəxslərin Moskvaya verilməsinə nail olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024