Mobil versiya
Daxili orqanlarında ölkəyə heroin keçirmək istəyən İran vətəndaşları saxlandı - FOTO
Tarix: 23-11-2018 | Saat: 11:12
Bölmə:Cəmiyyət | çapa göndər

Daxili orqanlarında ölkəyə heroin keçirmək istəyən İran vətəndaşları saxlandı - FOTO



Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əmə­liyyat-axtarış və sərhəd mühafizə tədbirlərini davam etdirir.



DSX-nin Mətbuat Mərkəzindən aia.az-a verilən məlumata görə, noyabrın 19-da “Biləsuvar” dövlət sərhə­din­dən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azər­bay­cana gələn İran və­təndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sər­həd və gömrük baxışı keçirilib, hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna gö­rə saxlanılıb.



Noyabrın 20-də həyata keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində DSX-nin Sərhəd Qoşunlarının “Göy­təpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu Qara­vul­daş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz tapılan 1 ədəd bağlamada 990 ədəd “Meta­don” psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekur­sora bənzər maddə aşkar edilərək götürül­üb.



Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024