Mobil versiya
Gəncədə daha iki meyit uçqun altından çıxarıldı
Tarix: 20-11-2018 | Saat: 11:34
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Gəncədə daha iki meyit uçqun altından çıxarıldı


Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.

aia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin meyti çıxarılıbı.

Tapılan meyitlər 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğluna məxsusdur.

Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı isə xilas edilib.

Daha əvvəl aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.

Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Modern.az-a verdiyi məlumata görə, sonuncu meyiti tapılan iki şəxs ana və oğludur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024