Mobil versiya
Gəncə İcra Hakimiyyəti: Dağıntılar altına qalanların hamısı artıq tapılıb - Son XƏBƏR
Tarix: 20-11-2018, 11:30 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Gəncə İcra Hakimiyyəti: Dağıntılar altına qalanların hamısı artıq tapılıb - Son XƏBƏR



“Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş verən partlayışda dağıntılar altında qalanların hamısı artıq tapılıb. Uçqun altında qalmama ehtimalı olanlar daha yoxdur”.


Bu barədə Modern.az-a Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Həsən Məmmədov bildirib.


H.Məmmədov qeyd edib ki, dağıntılar altından meyiti çıxarılanların sayı 3-ə çatıb, 1 nəfər yaralı xəstəxanaya yerləşdirilib.


Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.


Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.



5167 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}