Mobil versiya
11 dəqiqəlik səs yazısı Kaşoqi cinayətinin sirlərini açdı
Tarix: 19-11-2018 | Saat: 17:20
Bölmə:Manşet / Dünya | çapa göndər

11 dəqiqəlik səs yazısı Kaşoqi cinayətinin sirlərini açdı



Dünya mediası çərşənbə axşamı günü ABŞ prezidenti Donald Trampın səudiyyəli jurnalist Camal Kaşoqi cinayəti ilə bağlı hazırlanan istintaq hesabatını təqdim etməsini gözləyir. Səudiyyə Ərəbistanının yaxın müttəfiqi olan ABŞ-ın hesabatı bu ölkənin səlahiyyətli şəxslərinin şəxsi məsələləri olaraq göstərmək istədiyi və birbaşa dövlətin əli ilə edilən cinayətin aqibətini müəyyən edəcək.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun əlində Kaşoqinin qətlinə dair 2 səs yazısı var. Səs yazılarının içərisində Kaşoqiyə aid edilən hissə 11 dəqiqəlikdir.

Məlumata əsasən, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Gina Haspel 11 dəqiqəlik səs yazını dinləyib və onları Vaşinqtona göndərib.

2 oktyabr tarixində saat 13:14-də Konsulluğun "A" girişindən içəri daxil olan Kaşoqi onu öldürmək üçün gələn 15 nəfərlik heyətin 4 üzvü tərəfindən qarşılanır. Daha sonra qrupdan bir nəfər onun qoluna girir. Kaşoqi isə “qolumu buraxın, siz nə edirsiniz” deyib. "A" qapısında 7 dəqiqəlik səs yazısı 4 nəfərlə Kaşoqi arasında olan mübahisəyə aiddir. 4 nəfər Kaşoqini "B" qapısına gətirir. Mübahisə, dava-dalaşın olduğu bu bölümdə isə Kaşoqidən əlavə 7 nəfərin səsi qeydə alınıb. Bunlardan 4-ü Kaşoqini qarşılayan, 5-ci vəliəhd şahzadənin yaxın mühafizəçisi və birbaşa bu cinayəti idarə etdiyi iddia edilən Maher Abduləziz Mutrəbdir. 6-cı səs istintaqdakı birinci dərəcəli şübhəli şəxs Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulu Məhəmməd əl Utəybiyə aiddir. 7-ci səsin isə kimə aid olduğu bilinmir.

Kaşoqi içəri girən kimi “Xain, hesab verəcəksən” deyə Mutrəb bildirib. Yuxarı mərtəbədə yerləşən telefon xətti ilə Səudiyyə Ərəbistanına 19 dəfə zəng edilib. Onun 4-nü şahzadə Salmanın şəxsi sözçüsü, səudiyyə trol ordusunu idarə edən və müxalifləri müəyyən edən Səud al Kahtani ilə gerçəkləşdirildiyi qeyd edilir. Bu səsin “Xain” deyən insanın səsi ilə uyğun olduğu deyilir. İlk telefon danışığı Kaşoqi içəri girəndən 13 dəqiqə sonra baş tutub.

Türkiyəli səlahiyyətli şəxslərin əlində "C" bölümünə dair səs yazısı yoxdur. Lakin pilləkənə yaxın yerlərdə danışıqlar qeydə alınıb. Mənbələrin verdiyi məlumata görə, 11 dəqiqəlik mübahisə səslərindən sonra 1 saat 50 dəqiqə sükut hökm sürür. 2 saata yaxın hökm sürən səssizliyi pozan ilk səs pilləkənlərdən sürətlə enən 3 səudiyyəliyə aiddir. Şəxslərdən biri "A" bölümündə kamera qeydlərini silir və datanı sıfırlayır.

Bundan sonra 57 yaşında Mustafa el Mudeyni adlı şəxs Kaşoqinin paltarlarını geyinərək konsulluqdan çıxır. Qrupun digər üzvləri isə əllərində çemodanlarla maşına minərək ərazini tərk edirlər. Baş konsol isə binadan 3 gün çıxmır, sonra Riyada qaçır.

Türkiyə tərəfinin əlindəki səs yazısında Kaşoqinin öldürülmə anına dair məqama rast gəlinmir. Lakin təhlükəsizlik və prokurorluq işçilərinin apardığı araşdırmalar nəticəsində Kaşoqinin əvvəlcə dindirildiyi, daha sonra yatızdırıldığı və bədəninin hissələrə parçalandığı məlum olub.

Kaşoqinin ölümündən sonra otağın divarları rənglənib, qətlin törədildiyi yer maddələrlə təmizlənib. Lakin araşdırmalar zamanı süpürgələrdə kimyəvi maddələrlə yanaşı, bəzi əlamətlərə də rast gəlinib.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, orada bir neçə nəfər arasında münaqişə yaranıb və dava jurnalistin ölümünə səbəb olub. Qətldə şübhəli bilinən 18 nəfər istintaqa cəlb olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024