Ərdoğan İlham Əliyevi təbrik etdi
Tarix: 24-12-2015, 14:20 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet2 / Karusel | çapa göndər

Ərdoğan İlham Əliyevi təbrik etdi
“Sizə cansağlığı və xoşbəxtlik arzulayıram”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Aia.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Əziz qardaşım, ad gününüzü millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyiniz ilə Azərbaycan gələcəyə inamla baxan güclü və rifah içində yaşayan ölkə olmaq yolunda sürətlə irəliləyir. Azərbaycanın artan iqtisadi və siyasi gücü ilə Qafqaz regionunun yüksələn ulduzuna çevrilməsini böyük məmnuniyyətlə izləyirəm.

Bu prosesdə öz gücünü xalqlarımız arasındakı tarixi qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan münasibətləri də regionumuz baxımından misilsiz sabitlik amilinə çevrilib.

Bu xoş fürsətdən istifadə edərək Zati-aliləri, əziz qardaşıma yeni yaşında cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının xoş günləri və rifahının davam etməsi üçün səmimi diləklərimi ifadə edirəm"



5441 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}