Mobil versiya
Oğurlanmış azərbaycanlı biznesmenə görə 10 milyon avro istəyirlər
Tarix: 24-12-2015 | Saat: 14:16
Bölmə:Cəmiyyət / Şou-biznes / Aia TV / Karusel | çapa göndər


Bir neçə il əvvəl onun başına oxşar hadisə gəlmişdi.

Rusiyanın Tolyatti şəhərində “Rales”in sahibi Kamal Quliyevi yenidən oğurlamış şəxslər 10 milyon avro pul tələb edirlər, “Samara icmalı” yazır.

Aia.az xəbər verir ki, ötən cümə günü, dekabrın 18-də Kamal Quliyev Tolyattidə “Olimp” idman kompleksinin dayanacağından oğurlanıb.

Onun azad olunması üçün qohumlarından 10 milyon avro tələb olunur.

Bir neçə il əvvəl Quliyevin başına oxşar hadisə gəlmişdi – onun azad olunması üçün böyük məbləğdə pul verilmişdi.

2007-ci ildə Samara məhkəməsi Quliyevi oğurlamış şəxslər barəsində hökm çıxarmışdı. Maraqlısı budur ki, 6 nəfərdən ibarət dəstəyə 2 azərbaycanlı istiqamət göstərirmiş. Hər ikisinin soyadı Məmmədov olan bu şəxslər qurbanlarını seçir, sonra isə onlar barəsində məlumatı dəstə üzvlərinə ötürürmüşlər.

Bu dəfə isə Quliyev 7 yaşlı oğlunu “Olimp” idman kompleksindən götürməyə gələrkən oğurlanıb.

Daha sonra onun “Olimp”in dayanacağında saxlanılmış ВМW Х6 markalı avtomobilinin yanından qol saatı, üst paltarının qırılmış düymələrini aşkarlayıblar ki, bu da zorakılığın tətbiqindən xəbər verir.

İş adamının mobil telefonu və çantası Tolyattinin yaşıl zonasında atılıb.

Biznesmenin itkin düşməsi ilə bağlı “adam oğurluğu” maddəsi üzrə cinayət işi qaldırılıb, araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024